"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb.
Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub.
Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesab edib və belə bir şərəfə layiq görüləcəyini heç vaxt düşünməyib. Onun sözlərinə görə, həyat yoldaşı Sara bu qərarın gerçək olduğuna inanmasına kömək edib. Sara ərinin həm insan, həm ata, həm də həyat yoldaşı kimi bu ada layiq olduğunu deyib və mükafatın onun zövqünün nə qədər yaxşı olduğunu təsdiqlədiyini zarafatla vurğulayıb.
Aktyorun 24 yaşlı oğlu Ouen isə atasının yeni statusuna yumorla yanaşıb. O, bu titulun atasına daha çox diqqət və tənqidçi qazandıracağını söyləyib. Uayli də bundan sonra dostlarının və yaxınlarının çoxsaylı zarafatlarına hazır olmalı olduğunu bildirib.
Nəşr xatırladır ki, Noa Uayli 1990-cı illərdə də "People" jurnalının diqqət mərkəzində olub. Həmin vaxt o, Corc Kluni, Entoni Edvards və Erik La Salle ilə birlikdə "Təcili yardım" serialının aktyorlarına həsr olunmuş "Seksual kişilər" adlı üz qabığında yer alıb. Sonradan Kluni iki dəfə "İlin ən seksual kişisi" titulunu qazanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 192 Tarix: 27 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu
Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla
27 oktyabrHusilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum elan etdilər
Yəmənin Ənsar Allah hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hücum etdiklərini iddia edirlər. xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya bildirib ki, "Şərq və qərb istiqamətlərində xam neft vuran nasos stansiyalarına pilotsuz təyyarələr zərbələr
26 oktyabrTürkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 6
27 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabrTramp İranı ABŞ-la münaqişəyə başlamaqda günahlandırır
ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib. xəbər verir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı". Amerika lideri bir daha Tehranı
27 oktyabrFilippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand
25 oktyabr