Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 68 şübhəli barəsində həbs qərarı qəbul olunub.
Sonxeber.az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Bildirilib ki, Bakırköy rayon Prokurorluğunun açıqlamasına əsasən, bələdiyyə sədrliyinin həyata keçirdiyi mal və xidmət alışı mübahisələrində qayda pozuntusu edilərək dövlət zərərinə törədilən iş üzrə araşdırma aparılıb. Məlum olub ki, iş yeri fəaliyyət lisenziyası almaq istəyən sahibkarlardan qanunazidd şəkildə pul tələb edilib, istənilən pulu ödəməyənlərin lisenziya əməliyyatları isə qəsdən süründürməyə salınıb.
Məlumata görə, bu istiqamətdə 42 məsələ üzrə iş araşdırılıb.
Bildirilib ki, müəyyənləşən 68 şübhəli barəsində tutulma, saxlanma, ifadə alınma, axtarış və müsadirə əməliyyatlarının həyata keçirilməsi məqsədilə İstanbul əyaləti Jandarma Komandanlığı Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinə göstəriş verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 196 Tarix: 27 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu
Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla
27 oktyabrHusilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum elan etdilər
Yəmənin Ənsar Allah hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hücum etdiklərini iddia edirlər. xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya bildirib ki, "Şərq və qərb istiqamətlərində xam neft vuran nasos stansiyalarına pilotsuz təyyarələr zərbələr
26 oktyabrTürkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 6
27 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabrTramp İranı ABŞ-la münaqişəyə başlamaqda günahlandırır
ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib. xəbər verir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı". Amerika lideri bir daha Tehranı
27 oktyabrFilippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand
25 oktyabr