RİA: Bakının Ukraynaya yardımı Rusiyanı narahat edir?

RİA: Bakının Ukraynaya yardımı Rusiyanı narahat edir?Rusiyada Ukrayna lideri Zelenskinin Azərbaycandan qaz xahiş etməsi və bunun müsbət cavablandırılması barədə açıqlaması ətrafında qəribə rəy formalaşdırılmasına çalışılır.

Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, bəzi informasiya vasitələri Azərbaycanın Rusiyanın müttəfiqi olduğu halda bu cür addım atmasının səbəbini müzakirəyə çıxarıblar.

Bu istiqamətdə "RİA Novosti"nin sualını cavablandıran "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib ki, Azərbaycanın Ukraynaya tədarük etdiyi qaz Rusiyaya qarşı müharibədə istifadə olunan "raket" deyil:

"Rusiya ilə müttəfiqlik müqaviləsi imzalayan Azərbaycanın Ukrayna rəhbərliyinin xahişindən imtina etməməsində heç bir təəccüblü cəhət yoxdur. Azərbaycan Ukraynaya Rusiyaya qarşı mübarizədə istifadə edə biləcəyi hansısa öldürücü silah verməyib; söhbət rusların da qardaş xalqı olan ukraynalıların bu soyuq günlərdə qaz almasından gedir".

A.Camalqızı vurğulayıb ki, Azərbaycanın bu addımı Rusiya xalqının və hakimiyyətinin də marağındadır, çünki Rusiya özü də mülki əhalinin əziyyət çəkməməsi üçün bütün qüvvələrini səfərbər etdiyini bildirir və bu baxımdan Rusiyanın Bakının bu addımını dəstəklədiyi şübhəsizdir:

"Bu məqamda Rusiya ordusunun Ukraynada apardığı hərbi əməliyyatda əhaliyə necə həssaslıqla yanaşdığı haqda paylaşdığı mövqeni xüsusi vurğulamalıyıq. Putinin də dediyi kimi, ukraynalılar və ruslar eyni xalqdır və aparılan əməliyyatın mülki ukraynalılara heç bir aidiyyəti yoxdur. Əksinə, Rusiya Müdafiə Nazirliyi ötən gün Xarkov sakinlərinə 30 ton humanitar yardım çatdırdı, rəsmi açıqlamaya görə, mülki əhalinin qorunması üçün rus ordusu əlindən gələni edir. Rusiya ordusunun hədəfində də yalnız hərbi obyektlərin olduğunu qarşı tərəfin də rəsmi məlumatlarından görürük. Yəni Azərbaycanın Ukrayna hakimiyyətinə Rusiyaya qarşı döyüşmək üçün silah deyil, rusların qardaşı olan bir xalqa bu çətin, ağır, soyuq günlərdə qaz verməsindən söhbət gedir. Tam əminəm ki, Azərbaycanın bu addımı Ukraynada rusları və mülki ukraynalıları qorumaq üçün bütün gücünü səfərbər edən Rusiya hakimiyyətinin və xalqının nəinki marağındadır, həm də bunu dəstəkləyir".

Politoloq qeyd edib ki, Rusiya müttəfiq, Ukrayna isə dostdur.

A.Camalqızı Azərbaycanın Ukraynaya humanitar yardımlar göstərdiyini də xatırladıb və bildirib ki, Azərbaycanda ukraynalı və rus qarışığı olan minlərlə ailə yaşayır, eyni zamanda hər iki ölkədə milyonlarla azərbaycanlı yaşayıb-işləyir və baş verənlər bizi ciddi şəkildə narahat edir.

Politoloq həmçinin qeyd edib ki, zərurət olacağı təqdirdə azərbaycanlıların Ukraynadan Rusiyaya qaçqın düşənlərə də yardım edəcəyinə inanır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1867   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tramp Baydeni Ukraynaya pulsuz silah verməkdə günahlandırdı

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin administrasiyası dövründə Vaşinqtonun Ukraynaya 350 milyard dollarlıq silah ötürdüyünü və bunun üçün kompensasiya almadığını açıqlayıb. xəbər verir ki, bu açıqlamanı Texasda Respublikaçılar Partiyası tərəfdarlarının mitinqində verib. "Biz ordunu yenidə

28 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

UKMTO: Hörmüz boğazında gəmi yanıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya

29 oktyabr
.

ABŞ-İran müharibəsi: Yeni zərbələr ehtimalı və atəşkəs danışıqları gündəmdə

ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi ehtimalı və müharibənin dayandırılması istiqamətində diplomatik səylər diqqət mərkəzindədir. Hörmüz boğazının açılması, ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatları və sanksiyalarla bağlı fikir ayrılıqları regionda vəziyyətin qeyri-müəyyə

29 oktyabr
.

Norveç Baş naziri Putin və Zelenski ilə söhbətdən sonra Ukrayna əraziləri ilə bağlı şərh verib

Norveçin Baş naziri Jonas Gar Störe bildirib ki, Ukrayna ərazi itkisini tanıyan sülh müqaviləsini "heç vaxt imzalamayacaq". -nun xəbərinə görə, Stere bildirib ki, "Ukrayna heç vaxt ərazi itkisini tanıyan müqavilə imzalamayacaq, lakin onların hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəs

28 oktyabr
.

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"

28 oktyabr
.

Tallində robot qəza törədib, 9 nəfər yaralanıb

Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı

29 oktyabr
.

Avropa KİV-i Zukerberqə qarşı çıxdı

"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy

28 oktyabr
.

İsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı

İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ

28 oktyabr