RUSİYA İQTİSADİYYATINA ATOM BOMBASI ZƏRBƏSİ... - Yaxın zamanda dövləti, əhalini və biznes strukturlarını nələr gözləyir?

RUSİYA İQTİSADİYYATINA ATOM BOMBASI ZƏRBƏSİ... - Yaxın zamanda dövləti, əhalini və biznes strukturlarını nələr gözləyir?Rusiyanın qızıl və valyuta ehtiyatlarına qarşı Qərbin tətbiq etdiyi sanksiyalar "maliyyə bombası" hesab edilir və hətta ona "maliyyə atom bombası"da deyirlər. Belə görünür ki, bu sanksiyalar qısa müddət ərzində Rusiya Mərkəzi Bankını və həmçinin də ölkənin makro və mikro iqtisadi vasitələrini səmərəsiz hala gətirəcək. Artıq bunu rusiyalı maliyyə ekspertləri də dilə gətirirlər. Onu da nəzərə almaq lazımdır ki, hələ sanksiyaların tam tətbiqinə başlanmayıb...

Rusiyada ciddi valyuta qıtlığ yaradacaq səbəblər

Bu mövzuyla bağlı məşhur "İnvesting.com" saytında dərc olunmuş məlumatlar əsasında hazırlanan yazını oxuculara təqdim edirik: "İndi Mərkəzi Bankın uçot faiz dərəcəsini qaldırması sadəcə sabahkı günə kimi ayaq üstə durmağa hesablanmış addımdır, çünki yaxınlaşan inflyasiya sunamisi normal monetar təbiətə malik deyil. Valyuta qıtlığının nələr edə biləcəyini proqnozlaşdırmaq çətindir. Aşağıdakı səbəblər üzündən Rusiyada ciddi valyuta qıtlığı yaranacaq.

1. İxracatın düşməsi səbəbindən ölkəyə az valyuta daxil olur.

2. Avropa Birliyi Rusiyaya avro aparılmasına qadağa qoyub.

3. Rusiya Mərkəzi Bankının aktivlərinin bir hissəsi dondurulub.

4. ABŞ Rusiyaya dollar qadağası qoymağı planlayır.

5. Əksər xarici şirkətlər Rusiyanı tərk edirlər. Onlar öz kapitallarını da çıxaracaqlar.

Bəs, ümumi mənzərə necədir və maliyyə bazarlarındakı təlaşı durdurmaq üçün hansı tədbirlər görülür?

İlk öncə banklardan başlayaq. Hal-hazırda əhali kütləvi şəkildə depozitlərini götürür, ona görə də banklarda pul çatışmır. Normal fəaliyyət göstərməkdən ötrü banklar Rusiya Mərkəzi Bankından çox yüksək faizlə(20 faiz) borc alırlar.

Bununla yanaşı, əhali və biznes strukturları banklara olan köhnə kreditlərini gülünc məbləğlərlə ödəyir, bu isə bankların böyük likvidlik kəsirini qapatmır. Belə bir vəziyyət bank sistemini dağıdır. Ancaq Elvira Nabiulina(Mərkəzi Bankın rəhbəri-red.) deyir: "Bütün banklar öz müştəriləri qarşısındakı bütün öhdəliklərini yerinə yetirir və bundan sonra da yetirəcək"

Mərkəzi Bank durmadan bankalra borc verir, hazırda Rusiya şirkətlərinin səhmlərinin alınmasına 1 trilyon rubl yönəldilib. Həmin səhmləri banklardan da almaq olar. Hələ ki, banklara depozit qoymaq cazibədar görünür, amma bu, inflyasiya və məhsul qıtlığı istehakçıya zərbə vurana kimi davam edəcək.

Rusiya birjalarında rublun məzənnəsi reallığı əks etdirmir. Çünki banklarda bunun üstünə 30 faiz əlavə vergi qoyulur. Rusiya iqtisadiyyatını xilas etmək üçün "valyuta vergisi" tətbiq olunub. Deməli, dolların real dəyərini birjada deyil, valyuta dəyişmə məntəqələrində görmək mümkündür. Kimsə 1 dollar almaq istəyirsə, brokerə 109+33 rubl ödəməlidir. Beləliklə real məzənnə 1 dollar üçün 109 rubl yox, 142 rubldur.

Görülən tədbirlər nə qədər yetərlidir?

Yuxarıda sadalanan tədbirlərə böyük pullar axıdılır, ancaq bu, azlıq edir. Həmin pulların bir hissəsi təzəcə çap olunub, bir hissəsi isə "qara gün" üçün saxlanılırdı və bu pullar hələ iqtisadiyyata yönləndirilməmişdi. Bu pullar yalnız indi Rusiyanın maliyyə sisteminə daxil olur və əlbəttə ki, bu, ölkədəki inflyasiyanı xeyli artırır. İnflyasiya onsuz da rublun düşməsinə görə yüksəlmişdi, likvidliyi artırmaq üçün maliyyə sisteminə əlavə pul axıdılması onu daha da şişirdir.

Hazırkı reallıqda düzgün yol seçmək çox müşküldür. Ortalıqda yalnız hərəkət və bu hərəkətdən doğan nəticələr var. Rusiyadakı bankların xilas edilməsi yüksək inflyasiya hesabına başa gələ bilər. Ona görə də əhalinin yığımları və biznes strukturları sarsıdıcı zərbə altına düşəcək. Necə deyərlər, ya elə olacaq, ya da belə! Ya maliyyə sistemi xilas edilməlidir, ya da ki, inflyasiyanın fitili alovlandırılmalıdır. Başqa çarə də var. Bunun üçün hər şey dondurulmalıdır. Ancaq bu, Rusiya üçün daha pis nəticələrə gətirər.

Deməli, belə bir sual meydana çıxır: əgər qarşıda inflyasiya varsa, o zaman əhali öz pullarını necə saxlaya bilər? Əhali üçün ən düzgün üsul real fiziki aktivlərə pul yatırmaqdır.

Hökumət 1 mart tarixindən qiymətli metallara qoyulan 20 faizlik əlavə dəyər vergisinin ləğv edilməsini dətəkləyib. İnsanlar öz yığımlarında qızıldan istifadə edə bilərlər(Lakin bunun iqtisadiyyatda axıcılığı yoxdur). Xeyli sayda başqa alternativlər də var. Daşınmaz əmlak, avtomobillər və ya qızıl külçələr, digər qiymətli metallar və sairə.

Görülən istənilən tədbir valyuta ilə əməliyyatların tənzimlənməsi çərçivəsində aparılacaq və bu, həyatı getdikcə bahalaşdıracaq. Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini irəlidə də qaldıracaq. Kredit yenidən bahalaşacaq. Görəsən, kim 25-30%-lə illik kredit götürəcək? Bu, öz növbəsində istehlakı, həm də işğüzar aktivliyi azaldacaq. Belə bir hal isə zəncirvarı reaksiya kimi bütöv iqtisadiyyatı zədələyəcək.

Çinin köməyi vəziyyəti yaxşılaşdıra bilərmi?

Normal maliyyə siyasəti yaxın zamanlarda səmərəli işləməyəcək. Bundan sonra Mərkəzi Bankın maliyyə bazarına müdaxiləsi praktiki şəkildə mümkün olmayacaq. Rusiyanın qızıl və valyuta ehtiyatının böyük bir hissəsi sanksiyar üzündən dondurulsa da, tam dəqid olmayan məlumatlara görə, Mərkəzi Bankda 60 milyard dollar dəyərində qızıl var. Bu, az deyil, amma hiperinflyasiya və iqtisadiyyatın kollapsa düşməsi ərəfəsində bu məbləğlə uzağa getmək çətindir. Rusiyanın əlindəki 2000 ton qızılı satması asan deyil. Əgər kimsə Çinə ümid bəsləyirsə, bu illüziyadan dərhal əl çəkməlidir.

Birincisi, Rusiyanın yuanla olan valyuta ehtiyatı monetar siyasətin həyata keçirilməsi üçün faydasızdır. Yuanın köməyi ilə rublun məzənnəsi dəstəklənməz, ona görə ki, rublun məzənnəsi bütün valyutalar kimi dollarla ölçülür.

İkincisi, Çinə dollarla qızıl satmaqla rublun məzənnəsini dəstəkləmək problemlidir, çünki əgər ABŞ Rusiyanın aktivləri ilə əməliyyatlara qarşı sanksiya qoyursa, onda Çin bankları bunun əleyhinə getmiş olacaqlar. Ancaq unutmayaq ki, onlar rus qızılı naminə Qərb biznesindən imtina etməyəcəklər. Axı, Qərbdəki biznes onlar üçün daha böyük əhəmiyyət kəsb edir. Çinin Qərblə nəhəng ticarəti var, Çin istehsal etdiyi məhsulların əksəriyyətini məhz Qərb bazarına çıxarır. Rusiya bazarı onun üçün çox kiçikdir.

Əlbəttə, bundan sonra Çin Rusiya bazarını genişləndirə bilər. Rusiya iqtisadiyyatının blokadaya alınması halında Çin Rusiyanın Qərbdən idxal etdiyi məhsulların bir qismini öz mallarıyla əvəzləyəcək. Beləliklə, Çin yaranmış vəziyyətdə şübhəsiz ki, mənfəət götürən tərəf olacaq və Rusiyaya şərtlər diktə edəcək. Amma Çin Rusiyaya görə Qərblə iqtisadi qarşıdurma riskinə getməz.

Yaxın zamanda nələr olacaq?

Artıq bir neçə həftədən sonra vəziyyət kardinal şəkildə pisləşəcək. Rusiyada ikirəqəmli inflyasiya qaçılmazdır. Bütün bunlardan əlavə ölkədəki korrupsiya vəziyyəti daha da korlayacaq. Çox yaxın vaxtlarda Rusiyada ciddi valyuta qıtlığı yaşanacaq.

Rusiya hakimiyyəti və Mərkəzi Bankı formal olaraq vəziyyəti nəzarətdə saxlayacaqlarını deyir, lakin bunun üçün onların əlində real vasitələr yoxdur. Bildiyimiz kimi, Rusiyanın demək olar bütün valyuta ehtiyatları dondurulub, yalnız qızıl qalıb. Amma yaxın perspektivdə onun da valyutaya çevrilməsi real görünmür.

Valyuta çatışmazlığı bazarlarda qıtlığa səbəb olacaq və belə davam edərsə, vəziyyət kəskin şəkildə pisləşəcək. Əgər Mərkəzi Bank ixtiyarında qalan kiçik valyuta ehtiyatını indiki templə sərf edərsə, qısa müddətdən sonra onun olan ehtiyatları da tam tükənəcək"./Azpolitika


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1504   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək

Almaniya Kansleri Fridrix Merts "Avropa Siyasi Birliyi"nin mayın 4-də İrəvanda keçiriləcək sammitinə qatılmayacaq. "Report" xəbər verir ki, bu barədə TASS DPA-ya istinadən məlumat yayıb. "Fridrix Merts digər öhdəlikləri ilə əlaqədar (Ermənistana - red.) səfər edə bilmir"

3 may
.

Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda baş verən atışma hadisəsinin Amerikanın İrana qarşı hərbi əməliyyatı ilə əlaqəli olduğuna şübhə ilə yanaşdığını bildirib. "Report"un məlumatına görə, o, bu barədə hadisədən sonr

26 aprel
.

Dünyanın ən bahalı şəhəri seçildi

Qlobal daşınmaz əmlak bazarında qiymətlər rekord həddə çatmağa davam edir. "Qafqazinfo" xəbər verir ki, yeni hesabatlara görə, dünyanın ən bahalı şəhəri kimi Monako yenidən ön sıralarda yer alıb. Burada daşınmaz əmlak o qədər bahalaşıb ki, böyük məbləğlərə belə yalnız çox kiçik sahələr alma

30 aprel
.

Roma Papasından GÖZLƏNİLMƏZ QƏRAR: Keçmiş miqrant ABŞ-də yeparxiya rəhbəri təyin edildi

Roma Papası XIV Leo ABŞ-nin Qərbi Virciniya ştatını əhatə edən Uilinq-Çarlston yeparxiyasının rəhbəri postuna vaxtilə ölkəyə qanunsuz yollarla gələn keçmiş miqrantı təyin edib. xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb. Mənbənin məlumatına əsasən, Evelio Menxivar-Ayal

2 may
.

Afrika iki hissəyə bölünə bilər: Alimlər yeni okeanın yaranmasını istisna etmir

Alimlərin fikrincə, Afrikanın şərq hissəsi geoloji baxımdan parçalanmaya yaxınlaşır və gələcəkdə burada yeni okeanın yaranması mümkündür. Qaynarinfo xəbər verir ki, bu barədə "ORIGO" nəşri yazıb. Məlumata görə, Şərqi Afrika rift sistemi daxilində yerləşən Turkana çökəkliyinin altında Yer qabığ

29 aprel
.

Livan Səhiyyə Nazirliyi: Martın əvvəlindən İsrailin hücumları nəticəsində 2,6 mindən çox şəxs həlak olub

Aprelin 17-də tətbiq edilən atəşkəs rejiminə baxmayaraq, son sutka ərzində azı 41 nəfər İsrail ordusunun Livanın cənub ərazilərinə endirdiyi zərbələrin qurbanı olub. "Report" xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində paylaşıb. Məlumata görə

3 may
.

Braziliyada güclü yağış və daşqınlar: Ölənlər var

Braziliyanın şimal-şərqindəki Pernambuku ştatında daşqın və torpaq sürüşmələri baş verib. Nəticədə ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb. -ın xəbərinə görə, bu barədə "CNN Brasil" nəşri məlumat yayıb. Daha ağır vəziyyət regionun Resife şəhərində, eləcə də ətraf ərazilərdədir. Gücl

2 may
.

Aktyor 48 milyon dollar sərvəti olması xəbərinə belə reaksiya verdi

Aktyor Engin Altan Düzyatan 48 milyon dollarlıq sərvəti olması iddialarına cavab verib. Axşam.az xəbər verir ki, aktyor illərdir oynadığı serial və filmlərdən sərvət qazanması söz-söhbətinə son qoyub. Aktyorluq karyerasına 200-ci illərin əvvəllərində başlayan Düzyatan rekordları qıran "Diriliş

3 may
.

Bütün riyaziyyatı tək bir əməliyyata endirmək olar - Fizikdən qeyri-adi nəzəriyyə

Riyaziyyat mürəkkəb elm sayılır və onu tək bir əməliyyata endirmək qeyri-mümkün görünür. Lakin bir nəzəri fizik bu fikirlə razılaşmır. Qaynarinfo xəbər verir ki, bu barədə "Descopera.ro" yazır. Bildirilir ki, Polşanın Yagellon Universitetinin nəzəri fiziki Andjey Oyivolek hesab edir ki, bütü

29 aprel