Azərbaycanlı məşqçi futbol tarixində feyr-pley jestləri siyahısına düşüb
Futbol tarixində feyr-pleyə layiq hərəkətlər araşdırılıb.
Sonxeber.az Apasport.az-a istinadən xəbər verir ki, 8 belə jestə yer verilib, onlar arasında Azərbaycan təmsilçisi də var.
Bu mövsüm Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Marsel"ə vurduğu qolun baş məşqçi Qurban Qurbanovun müdaxiləsindən sonra ləğv olunması ən ədalətli jestlər sırasına düşüb. Bakıdakı görüşün birinci hissəsində cinah ötürməsini İbrahima Vadji qapıdan keçirib və baş hakim qolu qeydə alıb. Forvard topu əllə vurduğunu bildirməsə də, yalnız Qurbanovun məsləhətindən sonra hakimə gerçəyi deyib və qol ləğv edilib.
Seçilən digər 7 feyr-pley hərəkəti bunlardır:
Miroslav Kloze ("Latsio") – rəqib "Napoli"
2012-ci il. Kornerdən ötürmədən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv elətdirib.
Morten Viqhorst (Danimarka) – rəqib İran
2003-cü il. Rəqib müdafiəçinin matçın bitdiyini zənn edib topu cərimə meydanı daxilində əlinə götürdüyü üçün təyin olunan penaltini kənara vurub.
Erik Myölde ("Brann") – rəqib "Lilleström"
2012-ci il. Futbolçu zədələndiyi üçün dayandırılan oyunun bərpası zamanı "Brann"ın kapitanı Erik Myöldenin rəqibə ötürdüyü top qapıçının irəlidə olması səbəbindən tora daxil olub. Kapitanın komanda yoldaşlarına göstərişindən sonra "Lillestrom"un oyunçusu topu mərkəzdən başlayaraq heç kim maneçilik törətmədən qapıdan keçirib.
Marselo Byelsa ("Lids") – rəqib "Aston Villa"
2020-ci il. "Aston Villa"nın oyunçusunun mərkəzdə zədələnməsinə baxmayaraq, oyunu davam etdirən "Lids" futbolçuları qol vurublar. Nəticədə iki komanda arasında dava-dalaş düşüb. Məsələyə müdaxilə edən Byelsa rəqibin qol vurmasına mane olmamalarını oyunçularına tapşırıb.
Arsen Venger ("Arsenal" – rəqib "Şeffild Yunayted"
1999-cu il. "Şeffild Yunayted"in oyunçusu zədələndiyi üçün qapıçı topu kənara vurub. Ancaq topu meydana daxil edilən "Arsenal" futbolçuları onu rəqibə vermək əvəzinə anidən hücuma atılaraq qol vurub. Bu sayədə "topçular" ölkə kubokunda mərhələ adlayıb. Lakin qarşılaşmadan sonra Arsen Venger mübahisəli qolun ləğvini və matçın yenidən keçirilməsini tələb edib. İngiltərə Futbol Assosiasiyası da bunu qəbul edib.
Daniele De Rossi ("Roma") – rəqib "Messina"
2006-cı il. Cərimə zərbəsindən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv elətdirib.
Paolo Di Kanio ("Everton") – rəqib "Vest Hem"
2000-ci il. Rəqib qapıçı zədələndiyi üçün cinah ötürməsindən sonra topu boş qapıdan keçirmək imkanı olduğu halda onu əli tutaraq, qolkiperə tərəf irəliləyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu
İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?