"Qarabağ" və "Neftçi" dünyanın ən güclü klubları sırasında
Klubların dünya sıralaması müəyyənləşib.
Sonxeber.az Apasport.az-a istinadən xəbər verir ki, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın iki klubu yer alır.
300 klubun yer aldığı cədvəldə ölkəmizi "Qarabağ" və "Neftçi" təmsil edir. Aktivində 129 xal olan Ağdam təmsilçisi dünyanın 108-cisidir. Qurban Qurbanovun kollektivi "İndependiente", "Defansa", və Donetsk "Şaxtyor"u ilə bu pilləni bölüşdürür. Təmsilçimiz "Vest Hem", "Anderlext", "Atletik", "Fiorentina", "Valensiya" kimi bir çox Avropanın ortabab klublarını qabaqlayır.
Neftçi" isə 236-cı pillədə yer alır. "Ağ-qaralar"ın aktivində 81,5 xal var.
Reytinqə "Çelsi" başçılıq edir. İngiltərə təmsilçisinin aktivində 310 xal var. Braziliya klubları "Palmeyras" (286 xal) ikinci, "Atletiko Mineyro" (285) üçüncü sırada yer alır. İngiltərənin digər komandası "Mançester Siti" 274 xalla dördüncüdürsə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su 5-ci pillədə qərarlaşıb. Xorvatiyalıların aktivində 262,5 xal var.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1866 Tarix: 11 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr