Azərbaycanda "silahlı ərəblər" axtaran Moskva indi suriyalı muzdlular toplayır

Azərbaycanda "silahlı ərəblər" axtaran Moskva indi suriyalı muzdlular toplayırRusiyanın müdafiə naziri Sergey Şoyqu dünən bəyan etdi ki, Yaxın Şərq ölkələrindən 16 mindən artıq könüllü Ukraynanın şərqinə, Donetskə və Luqanska yollanaraq "onlar dedikləri kimi, azadlıq hərəkatında iştirak etmək istəyirlər".

Rusiya Prezidenti Vladimir Putin də Ukraynada rusiyalıların hərbi birləşmələrinin tərkibində Yaxın Şərqdən olan könüllülərin vuruşmağına qarşı çıxmayıb, etiraz etməyib.

O, Təhlükəsizlik Şurasının iclasında söyləyib: "Ukraynanın Qərbdəki sponsorları hərbi əməliyyatlar zonasına muzdluları yollayırlar və bunu da aşkar şəkildə, beynəlxalq hüququn bütün normalarını qulaqardına vuraraq edirlər. Buna görə də əgər könüllü əsaslarla, pul müqabilində olmadan gələrək Donbas sakinlərinə kömək etmək istəyən adamların olduğunu görürsünüzsə, nə etməli, hərbi əməliyyatlar zonasına çatmaq üçün onlara kömək etmək gərəkdir".

Rusiyanın müasir tarixində hələ indiyədək xarici ölkə vətəndaşları "könüllü" adı ilə olsa belə, hərbi əməliyyatlara cəlb olunmamışdılar.

Fəqət V.Putinin sözlərini diqqətlə təhlil edəndə bəlli olur ki, "könüllülər" Ukraynada Rusiya ordusunun yox, Donetsk və Luqanskdakı qondarma separatçı rejimlərin hərbi birləşmələrinin heyətindəki "şəxslər" sayılacaqlar.

Təbii ki, İraq, Səudiyyə Ərəbistanı və ya İordaniya vətəndaşlarının Ukraynada vuruşmaq, ya da orada ölmək niyyətləri yoxdur.

Şoyqu və Putin "Yaxın Şərqdən olan könüllülər" deyərkən Suriyadakı yaraqlıları nəzərdə tuturlar.

Bu yaraqlıların isə Donetsk və ya Luqanskdakı separatçı-terrorçu rejimlərə rəğbətinin olduğunu, məhz bu xüsusi "sevgi" nəticəsində Ukraynaya gedərək ukraynalılara qarşı vuruşmaq yanğısı ilə alışdıqlarını düşünmək belə, absurddur.

Onlar pul üçün döyüşməyə hazırlaşırlar və bu səbəbdən də könüllü yox, muzdlu yaraqlılar sayılmalıdırlar.

Zatən belədirlər də.

The Wall Street Journal araşdırma apararaq müəyyənləşdirib ki, Suriyada Rusiyanın nəzarətində olan ərazilərdə artıq "könüllülər"in yığılmasına başlanıb. Onların hər birinə Ukraynada döyüşlər zamanı ayda 300-400 dollar maaş vəd olunub. Rusiya və ya Ukrayna üçün çox böyük olmayan məbləğ vətəndaş müharibəsinin viran qoyduğu Suriya vətəndaşları üçün ciddi məbləğdir.

ABŞ-ın Müdafiə Nazirliyi də az sonra bəyan etdi ki, Rusiya hərbçiləri Suriyada "Ukraynada döyüşlərdə iştirak etmək istəyən"lərin verbovkası ilə məşğuldur.

Bu günsə Suriyanın Səhiyyə Nazirliyi Ukraynada müharibə aparan Rusiya Federasiyasının Silahlı Qüvvələriə qoşulmaq istəyən suriyalıların qeydiyyatının aparıldığını təsdiqləyib: "Sonradan bu məlumatlar seçilmək və siyahının təsdiqlənməsi üçün Rusiyanın Suriyadakı hərbi kontingentinin rəhbərliyinə təqdim olunacaq".

"Suriyalılar Həqiqət və Ədalət Uğrunda" (Syrians for Truth and Justice, STJ) bildirir ki, Ukraynada vuruşmaq istəyən "könüllülər"in əksəriyyəti Suriya ordusunun 25-ci diviziyasının yarıhərbi hissələrində xidmət edən şəxslərdir.

Ukraynada vuruşmaq niyyətində olanlar Homs və Latakiyada Rusiyanın hərbi bazalarına aparılır, orada rusiyalı təlimatçı-zabitlərin rəhbərliyi ilə təlimlərə qatılırlar.

Onu da unutmayaq ki, Ukraynada vuruşmaq istəyən suriyalılar arasında hazırda ermənilər və kürdlərin terrorçu qruplaşmalarının mənsubları az deyil.

Suriyanın hakimiyyət dairələrindəki mənbə deyib: "Ukraynadakı müharibə bizi o qədər də maraqlandırmır. Əsas məsələ bu adamları Ukraynaya yollamaqla Rusiyaya sadiq və loyal olduğumuzu göstərməkdir. Açıq döyüşlərdə ukraynalılarla qarşılaşmada bizimkilərin effektiv olacaqlarını düşünmürəm. Ukraynada müharibə uzanarsa və şəhərlərdə küçə döyüşləri başlayarsa, başqa məsələ - bizimkilərin küçə döyüşlərində təcrübələri az deyil.

Asharq Al-Awsat-ın əldə etdiyi məlumatlara görə, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 16 min "könüllü"dən bəhs etsə də, əslində Moskva Suriyadan Ukraynaya 23 min yaraqlı yollamaq fikrindədir. Onların arasında Suriya prezidenti Bəşər Əsədin bibisi oğlu Rami Məxlufun maliyyələşdirdiyi "Cəmiyyət əl Bustan" qruplaşmasının 400 mənsubu da var.

Bu şəxslərə Ukraynada 7 aylıq "kontrakt" vəd olunub. "Könüllülər"in hər biri Ukraynada olacağı 7 ay üçün 7 min dollar alacaqlar.

Lakin onlar həlak olsalar, Suriyadakı "Şəhidlər Fondu"ndan ailələrinə heç bir ödəniş edilməyəcək, çünki "Vətəndən uzaqda həlak olan, güzəşt nəzərdə tutulmayan vətəndaş" sayılacaqlar.

Suriyadan yaraqlıların Ukraynaya çatdırılmasına, qaçılmaz loqistik problemlərin həllinə gəldikdə isə, ilkin variant kimi onların Panama bayrağı altında üzən konteynerdaşıyan gəmidə Ukrayna sahillərinə çatdırılması nəzərdə tutulurdu.

"Barebot charter", yəni gəminin heyət olmadan fraxt edilməsi əməliyyatının reallaşması üçünsə Ukraynanın Qara dəniz sahilindəki limanlarınlan heç olmasa biri Rusiyanın nəzarətində olmalıdır. Belə liman hazırda olmadığından Mariupol şəhərinin ələ keçirilməsi həm də bəhs etdiyimiz baxımdan rusiyalı hərbçilər üçün xüsusi önəm kəsb edir.

Real alternativ hərbi-nəqliyyat aviasiyasıdır ki, Türkiyə səmasından uçuşa razılıq verəcək. Belədə Suriyadan yaraqlılarla dolub səmaya qalxacaq təyyarə İrəvandakı aeroportda yerə enəcək, yaraqlılar oradan Rusiyanın hərbi-nəqliyyat təyyarəsinə keçərək Ukraynanın şərqinə yollanacaqlar.

Beləliklə, Rusiya Ukraynadakı müharibəni beynəlxalq hüquqda "beynəlmiləlləşən silahlı münaqişə" adlanan prosesə çevirir.

Rusiyanın davranışıını prozaik səbəbi də var. Ukraynada fevralın 24-də başlayan və "ildırımsürətli müharibə" (blitskriq) hesab edilən hərbi əməliyyatlar intensiv davam edir. Ukraynanın təslim olmaq niyyəti yoxdur, Rusiyanın silahlı birləşmələri də ukraynalıların müqavimətini qıraraq sürətlə irəliləyə bilmirlər.

Tempi itirmiş rusiyalı hərbçilərin yeni qüvvələrə ehtiyacı olduğundan problemin həll yollarından biri də Suriyadan minlərlə muzdlunun Ukraynaya daşınmasıdır.

Moskvanın qərarı yumşaq desək, siyasi manipulyasiyadır.

Çünki 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində Rusiya mediası, siyasətçiləri, bloqerləri, sonucda Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Nikolay Patruşev Azərbaycan ordusunun sıralarında ərəb muzdluların vuruşduğunu deyirdilər.

Patruşev "Qafqazda ərəb muzdluların olması Rusiyanın təhlükəsizliyinin təminatı üçün təhdiddir" demişdi.

Rusiya siyasətçiləri və rəsmi Moskvanın kontrolundakı media isə "suriyalı muzdular Azərbaycan ordusundadır" isteriyasını bir gün də səngitmədilər.

Fəqət, bir suriyalı muzdlunun cəsədi tapılmadı, bir suriyalı muzdlu əsir düşmədi və s. Halbuki Qarabağdakı döyüşlərin miqyasını və intensivliyini nəzərə alsaq, bu, sadəcə qaçılmaz məsələ idi.

Olmadı, çünki Azərbaycan ordusunda o muzdlular yoxdu.

İndi Suriyadan Ermənistana, oradan da Ukraynanın şərqinə və Belarusa suriyalı muzdluları daşımağa, sonra da Ukraynada döyüşlərə cəlb etməyə hazırlaşan Moskva "təhlükəsizliyinin təminatına təhdid" hiss edirmi?

Axı muzdlular Qafqazda yox, bilavasitə Rusiya ordusunun heyətində olacaqlar? Üstəlik, Ermənistan da Ukraynadakı müharibəyə cəlb olunmuş ölkə sayılacaq.

Yoxsa suriyalı muzdlular Rusiyanın maraqları üçün döyüşəndə avtomatik olaraq "azadlıq uğrunda mübariz"lərə çevrilirlər?

İkiüzlü siyasəti belə pərdələmək gerçəkdən də, acınacaqlı təsir bağışlayır.../Milli


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1329   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

Səhiyyə Nazirliyinin eksperti: "Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir"

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur. xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bu virusla bağlı bəzi suallara aydınlıq gətirib:. - Emin müəllim, öncə bilmək istərdik ki, hepatit xəstəliyini

28 iyul 2025
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart 2024
.

Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo

13 may 2024
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel 2024
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024