Paşinyan-Araik qarşıdurması DƏRİNLƏŞDİ: Erməni separatçılar Xankəndidən ailəvi QAÇIRLAR

Paşinyan-Araik qarşıdurması DƏRİNLƏŞDİ: Erməni separatçılar Xankəndidən ailəvi QAÇIRLARPaşinyan hakimiyyəti müxalif Qarabağ klanı və terrorçu "Daşnaksütyun" qruplaşması ilə müttəfiqliyə başlayan Araik Arutyunyan və onun separatçılarına dəstək verməkdən çəkinir; Rəsmi İrəvan Xankəndi və ətraf bölgədən Ermənistan ordusunun tör-töküntülərinin çıxarılması ilə bağlı Azərbaycanın təzyiqlərinə müqavimət göstərə bilmir…

Ermənistan Rusiyaya münasibətdə ikibaşlı manevrlərə cəhd göstərir. Rəsmi İrəvan bir tərəfdən Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinə istinad edir. Digər tərəfdən isə Rusiyanın məğlubiyyət ehtimalı üzrə hazırlığa başlayaraq, Ermənistana Qərbdə yeni müttəfiqlər axtarır.

Bütün bunlara paralel olaraq, rəsmi İrəvan Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşdırılması istiqamətində də müəyyən hesablama aparır. Çünki, erməni siyasi dairələri Azərbaycan ilə növbəti hərbi toqquşmanın Ermənistan üçün baha başa gələ biləcəyini artıq anlamağa başlayıblar. Hətta bəzi erməni politoloqlar növbəti müharibənin Ermənistanı tamamilə məhv edə biləcəyini vurğulayırlar. Və bütün bunlar rəsmi İrəvanın taleyüklü qərarlar vermək məcburiyyətində olduğunu göstərir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Antalya diplomatiya forumu çərçivəsində görüşdüyü erməni həmkarı Ararat Mirzoyana Azərbaycanın sülh danışıqları ilə bağlı təkliflərini qəbul etməyi məsləhət görüb. Eyni zamanda Mövlud Çavuşoğlu Azərbaycan və Ermənistan danışıqlarının vasitəçilərin iştirakı olmadan reallaşdırılmasının daha vacib olduğunu da vurğulayıb: "Azərbaycan və Ermənistan birbaşa danışıqlar masası arxasında müzakirələrə başlasalar daha effektiv nəticələr əldə oluna bilər".

Belə anlaşılır ki, rəsmi Ankara Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində üçüncü tərəfin iştirakını əngəlləyici faktor kimi qəbul edir. Əslində, Türkiyə bu məsələdə tamamilə haqlıdır. Və hələlik əsas vasitəçi rolunu öz əlində saxlamağa çalışan Kreml müzakirələrdə birmənalı Rusiyanın maraqlarından çıxış edir.

Onu da qeyd etmək lazımdır ki, iki qonşu ölkə arasında münasibətlərin normallaşmasına müqavimət göstərməyə çalışan qüvvələrin sırasında Ermənistandakı revanşist düşərgə də yer alır. Hər halda, Qarabağ klanının təmsilçiləri Rusiya siyasi dairələrinin səhnəarxası sifarişi ilə gərginliyi artırmağa çalışdıqları diqqətdən yayınmır. Və revanşistlərin bu gərginlikdən yalnız Kremlin sifarişləri ilə kifayətlənməyərək, hətta Rusiyanın maraqlarına zidd şəkildə istifadə etməyə də çalışmaları isə ümumiyyətlə, bütün regionda daha təhlükəli hadisələr yol aça bilər.

Məsələ ondadır ki, son vaxtlar Ermənistandakı revanşistlərin Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan separatçılar ilə ortaq hərəkət etdikləri müşahidə olunur. Belə ki, Araik Arutyunyan və onun separatçıları Ermənistandan aldıqları dəstəklə bölgədə ciddi silahlı təxribatlara cəhd göstərirlər. Əsas məqsəd isə Azərbaycan ordusu ilə Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya edilən Rusiya sülhməramlı qüvvələri arasında toqquşma yaratmaqdan ibarətdir. Yəqin ki, buna nail olacaqları təqdirdə, qondarma "artsax"a ikinci nəfəs verib, onun artıq sona çatmaqda olan ömrünü uzada biləcəklərinə ümid bəsləyirlər.

Bəzi məlumatlara görə, Araik Arutyunyan və onun separatçıları Qarabağ klanı ilə yanaşı, radikal-terrorçu "Daşnaksütyun" qruplaşması ilə də gizli anlaşma içərisindədir. Güman ki, Azərbaycanın onu həbs etmək qərarından sonra Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin hərbi müdaxiləsinə səbəb ola biləcək silahlı toqquşmalarda birbaşa maraqlıdır. Və Azərbaycan ordusunun mövqelərinin bölgədəki qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması da məhz bu məqsədə xidmət edir.

Eyni zamanda, separatçılar Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin sosial-siyasi təzyiqlərə məruz qalmaları barədə də rəy yaratmağa çalışırlar. Bəzi məlumatlara görə, bölgəyə təbii qaz nəql edilən boru kəmərinin separatçılar tərəfindən sıradan çıxarılmasında da əsas məqsəd bundan ibarətdir. Və bununla ümumiyyətlə, bölgədə ciddi gərginlik yaradaraq, regional sülh prosesinə əngəl törətməyə cəhd göstərirlər.

"Yerevan Today" nəşrinin baş redaktoru Sevak Akopyan "artsax"da bir neçə gündür ki, təbii qazın olmadığını bildirib: "Əhali elektrik enerjisindən istifadə edirdi, amma dünəndən işığın verilişi də dayanıb. "artsax"da hakimiyyət adlanan rejim isə hərəkət etmək əvəzinə sadəcə, əhalinin donduğunu bildirir. Azərbaycandan işıq, qaz manatla verilsə belə, donan adam isinməyə razı olacaq. Ermənistan isə heç bir cavab vermir".

Göründüyü kimi, bölgədə vəziyyət ciddidir. Ancaq bu vəziyyətin erməni revanşistlər və separatçılar tərəfindən süni şəkildə yaradıldığını gizlətmək artıq mümkün deyil. Xüsusilə də, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər arasında yayılmış son məlumatlar bəzi erməni dairələrinin separatçılar ilə birlikdə uzunmüddətli silahlı təxribatlar mərhələsinə hazırladıqlarını təsdiqləyir. Çünki iddia olunur ki, Araik Arutyunyan və onun yaxın ətrafına daxil olan separatçıların əksəriyyəti öz ailələrini Xankəndi və ətraf bölgədən gizli şəkildə çıxararaq, Ermənistana göndəriblər.

Belə anlaşılır ki, Ermənistandakı radikal revanşistlər və bölgədəki separatçılar "artsax"ın xilası üçün son cəhdlərini etmək niyyətinə düşüblər. Çünki anlayırlar ki, rəsmi Bakı tezliklə Xankəndi və ətraf bölgəyə tam nəzarəti öz əlinə alacaq. Ermənistanın buna müqavimət göstərmək imkanı və şansı artıq yoxdur. Rusiya sülhməramlı qüvvələrinin də bölgədə uzun müddət qala bilməyəcəkləri artıq tədricən aydınlaşmağa başlayıb.

Belə vəziyyətdə "artsax"ın gələcək taleyini müəyyən etmək o qədər də çətin deyil. Azərbaycanla münasibətlərin normallaşdırılmasına tərəfdar olduğunu gizlətməyən Vaaqn Xaçaturyanın prezident seçilməsi ilə Ermənistanda siyasi hakimiyyətə tam nəzarəti ələ keçirmiş baş nazir Nikol Paşinyan "artsax" iddialarına dəstək verə biləcəyi artıq qətiyyən inandırıcı görünmür.

Çünki, indiki geopolitik situasiyada Paşinyan hakimiyyəti Araik Arutyunyan və onun separatçıları ucbatından Azərbaycan ilə növbəti savaşa cəsarət göstərməz. Hər halda, rəsmi İrəvan növbəti savaşın Ermənistanın sonu ola biləcəyini hamıdan daha yaxşı anlayır. Bu baxımdan, yalnız revanşistlərin dəstəyinə ümid bəsləyən Araik Arutyunyan ilə baş nazir Nikol Paşinyan arasında münasibətlərin qopmaq üzrə olması qətiyyən təəccüblü deyil.

Bütün proseslər onu göstərir ki, Araik Arutyunyan və onun separatçı ətrafı tezliklə Azərbaycanın xüsusi antiterror əməliyyatı ilə həbs edilə biləcəklərini başa düşürlər. Nə qədər qanunsuz silahlı erməni dəstələri ilə atəşkəsi pozub, vəziyyəti gərginləşdirmək çalışsalar da, Xankəndi və ətraf bölgədə qalacaqları təqdirdə, bu, qaçılmaz sonluqdur. Bu baxımdan, ailələrini artıq Ermənistana qaçırtmış separatçıların son anda çıxılmaz vəziyyəti görüb, özləri də qaçmaq məcburiyyətində qala biləcəkləri istisna deyil.

Rəsmi İrəvanın tezliklə darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərini də Xankəndi və ətraf bölgədən çıxartmalı olacağı şübhə doğurmur. Rəsmi Bakının bu istiqamətdə Ermənistana təzyiqləri hər ötən gün daha da güclənir. Və rəsmi İrəvanın bu təzyiqlərə müqavimət göstərmək imkanları artıq tamamilə tükənib.

Deməli, "artsax" nağıllarının sona çatmasına o qədər də çox qalmayıb. Araik və onun separatçıları həbs edildikdən və yaxud qaçdıqdan sonra rəsmi Bakı bölgədə ermənilərin növbəti "seçki oyunu"na isə ümumiyyətlə, imkan verməz. Bu isə o deməkdir ki, Xankəndi və ətraf bölgədə tezliklə Azərbaycanın dövlət orqanlarının formalaşdırılması da qaçılmazdır. Və bu baxımdan, Azərbaycanın 30 illik "erməni separatizmi" probleminin tamamilə həllinə sürətlə yaxınlaşmaqda olduğunu düşünmək üçün kifayət qədər ciddi əsaslar mövcuddur./Musavat


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2155   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel 2024
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel 2024