İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTO

İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTOBu gün məşhur reper, 38 yaşında dünyasını dəyişən Hüseyn Dəryanın anım günüdür.

Oxu.Az Kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Hüseyn Dərya 1975-ci il iyunun 29-da Suraxanı rayonunun Bakıxanov qəsəbəsində doğulub. Ailədə 5 uşaq olublar - 3 bacı, 2 qardaş. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bəzi məlumatlara görə, Hüseyn orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olmasına baxmayaraq, ali təhsildən imtina edib.

***

Qarabağ müharibəsində də iştirak edən Hüseyn Dərya 4 il 2 ay hərbi xidmət çəkib.
İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTOYeniyetmə yaşlarından rep yazmağa və bədahətən deməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

***

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəllüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona İbadovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.
İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTOSevda Məmmədova ilə 2002-ci ildə tanış olublar. Sevda xanım müsahibələrinin birində xatırlayır:

"O, birinci prodüseri İdrislə idi, ayaqqabısını təmizlətdirirdi. Həmin dönəmdə televiziyadakı "Musiqili meydan" verilişində Hüseynlə Elşad Xose yarışacaqdılar. Mən də onların yanından keçirdim. O an İdris məni saxladı və soruşdu: "Sizin fikrinizcə, kim daha yaxşıdır, Xose yoxsa Dərya. Mən isə "Elşad Xose" deyə keçib getdim. Mən onda heç Hüseyni yaxşı tanımırdım. Ümumiyyətlə, rep musiqisini sevmirəm və başa düşmürəm. Gündüz saat 3-4 ərəfələrində yol gedərkən arxamca addım səsləri eşitdim. Döndüm baxdım ki, Hüseynlə İdris gəlir. Hüseyn onda mənə yaxınlaşıb soruşdu: "Xanım, siz məni niyə bəyənmirsiniz?". Mən isə "bəyənmirsiniz deyəndə ki, bu tərz musiqiləri sevmirəm" dedim. Və beləcə tanış olduq. Mənə 2 bilet verdi. 1 həftə sonra konsertinə getdim. Bir-birimizi sevirdik və evlənmək qərarına gəlmişdik. Amma ailələrimiz buna qarşı çıxdı. Daha sonra Hüseyn mənə dedi ki, "gəl qaçırım səni". Beləcə biz evləndik. Daha sonra qızımız Ayşə doğuldu. Ayşənin adını Hüseyn özü qoyub".
İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTOHüseyn Dəryanı tamaşaçılara sevdirən "Keyf elə" mahnısı olur. Bundan sonra o, karyerasının ən uğurlu hissəsinə qədəm qoyur. Lakin, narkotikdən istifadə asılılığı ona ciddi zərər vurur, ailəsi dağılır, özü isə həbsə düşür. Birinci xanımı Sevdanın sözlərinə görə onların ailəsinin dağılmasına səbəb isə Hüseynin ikinci dəfə ailə qurduğu Sona adlı qadın olur:

"Mən onu müalicə edir, həmişə yanında olurdum. Neçə illər dözdüm ki, qızım atasız qalmasın. Bizim ayrılığımıza səbəb Sona İbadova oldu. Sona bizim ailəmizi dağıtdı, yuvamı yıxdı. Sona guya Hüseynin pərəstişkarı idi. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı. Mən nə qədər yoldaşımı sevib, ona aşiq olsam da, axırda Hüseynə dedim ki, get, o Sona, o da sən, mən səndən ayrılıram".

***

Hüseyn Dəryanın ikinci evliliyindən bir oğlu olub. Lakin bu evlilik də uğurlu olmayıb. Həyat yoldaşı Sona ondan boşanaraq oğlu ilə birgə anasının evinə gedib. Müsahibələrinin birində Sona İbadova keçmiş əri Hüseyn haqqında deyir:

"Onun başı xarabdır. O görür ki, mən onu saymıram, onunla münasibətlərə son qoymuşam. Ondan boşandım, boşandığın adamla sonra münasibəti məgər saxlayırlar? Hətta onun əlindən telefon nömrələrimi də dəyişmişəm. Ondan sonra yeni bir həyata başlamışam".
İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTOHüseyn Dərya həmkarları Anar Nağılbaz, Elşad Xose ilə əvvəllər dost münasibətdə olsa da, sonra aralarında gərginlik yaranıb. Onlar son günlərinə qədər bir-birləri ilə küsülü olublar. Tanınmış reper Anar Nağılbaz Hüseyin Dəryanın ölümündən sonra onun dəfnində iştirak edib və sosial şəbəkədə fikirlərini bildirib:

"Bu dəqiqə bir xəbər eşitdim, inanmaq istəmirəm, vallah heç zaman heç kimə biz pislik arzu eləməmişik! Əgər elədirsə, Allah rəhmət eləsin! Allah ailəsinə səbir versin! Hüseyn Dəryanın sənəti haqqında hər zaman yaxşı fikirlər dilə gətirmişəm, yeni tərz, üslub etdiyini demişəm, çalışmışam bacardığım qədər kömək, dəstək olum, qalmaqalları öz adıma yazıb onu bu yola qızışdıranlardan uzaq edim. Vallah çox pis oldum! Allah mərdimazarlara lənət etsin! Allah sənə rəhmət etsin, Hüseyn! Sən AzRepə öz töhfələrini verdin!"

***

Hüseyn Dərya narahat həyat yaşadığını və doğulduğu üçün peşmanlığını verilişlərin birində belə cavablandırırb "Doğulmağıma peşmanam. Bəlkə də dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın. Zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam".
İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTOHüseyn Dəryanın özünün sözlərinə görə həyatı boyu dəfələrlə intihara cəhd edib. Bir dəfə isə özü bu bərədə etiraf edib:

"İki həftə dayanmadan gündə beş dəfə intihar planlamışam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə gedəcəyim bir addımdır".

***

Həbsdə olanda onun fanatlarından biri məhkəməyə gəlib reperin üzünə duran yalançı şahidin başına butulka vurub.

***

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.
İntihar, yoxsa qəza? Meyitindən səs gələn Hüseyn Dərya müəmması - FOTOBirinci həyat yoldaşının sözlərinə görə Hüseyn Dərya qəza keçirəndən sonra xəstəxanaya aparılıb. Orada onun əməliyyat olunmasına qərar verilib. Lakin, astma xəstəsi olduğu üçün ona narkoz vermək olmazmış. Onun ölümünə səbəb də elə bu fakt olub. Narkoz verilən kimi Hüseyn dünyasını dəyişib.

***

Deyilənlərə görə, Hüseyn vəfat edəndən sonra onun nəşini morqdan çıxaran zaman Hüseynin səsini eşidiblər. Bu iddianı isə Fəxrəddin Sadıqzadə irəli sürüb:

"Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da "bu, Hüseynin səsidir" dedi".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3257   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini

3 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27 sentyabr
.

Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"

"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min mana

5 oktyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr
.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Bayhan dinini dəyişib?

Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı

17 oktyabr