"Sevgini hiss etdirmək lazımdır ki, başqalarından sevgi axtarışında olmasınlar"
İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Son dövrlər sosial şəbəkələrdə də yayılan videolar insanların sərt reaksiyasına səbəb olur.
Belə ki, valideynlər övladları ilə zarafata video çəkir. Amma danışıq tərzləri, "səni kəsəcəyəm, səni öldürəcəyəm" kimi sözlər, kobudluq, uşağa söyüş məqsədi ilə öyrədilən kəlmələr insanda ikrah hissi yaradır. Təəssüf ki, bu kimi hallarla yalnız sosial şəbəkələrdə deyil, real həyatda da rastlaşırıq. Belə danışıqlar uşaqlarda hansı təsirləri qoyur? Onların şəxsiyyətinin necə formalaşmasına səbəb olur?
Mövzuyla bağlı Sonxeber.az psixoloq Aygün Cəfərovadan münasibət öyrənib.
O bildirib ki, formalaşma müddətində valideyn uşağa qarşı necə yanaşırsa, mütləq ki, eyni davranışları sonradan onda görəcək:
"Hər bir insan fərd olaraq doğulur, şəxsiyyət olaraq formalaşır. Formalaşma müddətində ailənin rolu çox böyükdür. Təbii ki, genetikanın da təsiri var, amma ailə daha əhəmiyyətli rol oynayır. Siz dediyiniz məsələdəki kimi, valideyn övladına "səni kəsəcəyəm, səni öldürəcəyəm" kimi sözlər deyir, sərt davranışlar və hədə-qorxularla yanaşırsa, həmin uşaqda qorxu, təşviş formalaşır. Bu cür böyüyən uşaqlar gələcəkdə heç vaxt özünə güvənə bilmirlər, hər zaman bir işə başlamaq istədikdə, hətta məktəbdə dərs danışmaq istəyərkən, yaxud uşaqlarla ünsiyyətdə çətinlik çəkəcəklər. Bu ona mənfi təsir göstərərək, natamam şəxsiyyət kimi formalaşmasına gətirib çıxaracaq. Natamamlıq kompleksindən əziyyət çəkən insan daim özünü sevdirməyə, diqqət mərkəzində olmağa çalışacaq. Bu da ən pik səviyyədə şəxsiyyət pozuntusuna kimi gedə bilər.
Ümumiyyətlə, uşaqlarda ən böyük travmalar 6-7 yaşına kimi yaranır. Sonradan cəmiyyətdə qarşılaşdığımız davranış pozuntuları, qeyri-adekvat hərəkətlər və s. problemlərin başında məhz həmin yaşa kimi qoyulmuş travmalar durur. Bu səbəbdən valideynlərə məsləhətim odur ki, mütləq olaraq uşaqlarla danışdıqları sözləri, onları əzizləyəndə, hətta tənqid edəndə belə ifadələrini diqqətlə seçməlidirlər. Əgər sağlam bir övlad, sağlam gələcək, sağlam mühit istəyiriksə, bilməliyik ki, formalaşdırdığımız uşaqların tək yedizdirmək, yatızdırmaqla ehtiyacları ödənmir, onların psixoloji, emosional hal durumları da çox vacibdir.
Gün ərzində ən azı 3 dəqiqə 3 dəfə olmaqla uşaqlarla qucaqlaşıb, emosional kontakt qurmaq lazımdır. Onlar bağçadan, məktəbdən gələn zaman günlərinin necə keçdiyini, əhvallarını soruşmaq, onlarla ünsiyyət qurmaq mütləqdir. Uşaqlara sevgini aşılamaq, sevildiklərini hiss etdirmək lazımdır ki, onlar başqalarından sevgi axtarışında olmasınlar".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2063 Tarix: 05 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabr