"Anlaşma Memorandumu bütün sahələrdə əməkdaşlığı genişləndirəcək" - DEPUTAT

"Anlaşma Memorandumu bütün sahələrdə əməkdaşlığı genişləndirəcək" - DEPUTAT"Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumunun məqsədi Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, İran və Azərbaycan arasında bu Memorandum imzalanması uzaq hədəflərə hesablanıb:

"Razılaşmada nəzərdə tutulan dəmir və avtomobil yolları üçün körpülərin Araz çayı üzərindən salınması Naxçıvan MR ilə Şərqi Zəngəzur arasında əlaqələri təmin edəcək. Ən öməmlisi isə beynəlxalq tranzit yükdaşımalarda da çox mühüm rol oynayacaq.

Bilirsiniz ki, Memorandumda Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Təbii ki, yeni tikilən kommunikasiya bağlantıları bölgənin inkişafına mühüm töhfə verəcək. Martın 11-də imzalanan Memorandumdan öncə də, bilirsiniz ki, Azərbaycan İran ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi meqa-layihənin formalaşması istiqamətində tərəfdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yollarının Azərbaycan və İran ərazisindən keçməsi hər iki ölkənin beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır".

"Anlaşma Memorandumu bütün sahələrdə əməkdaşlığı genişləndirəcək" - DEPUTATDeputat vurğulayıb ki, Araz çayı üzərində salınacaq körpülərdən tək Azərbaycan və İran istifadə etməyəcək:

"Martın 11-də imzalanan Memoranduma əsasən, Araz çayı üzərində salınacaq körpülərdən regionun bütün ölkələri istifadə edərək Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə kimi dövlətlər İran ilə nəqliyyat əlaqələri qurmaqla yanaşı, Cənub-Şərqi Asiya və körfəz dövlətləri ilə idxal-ixrac əməliyyatlarını həyata keçirə biləcəklər. Bilirsiniz ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 800 milyona yaxın əhalisi olan 40-dan çox dövləti - Avropa ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir.

Əlbəttə ki, bu böyük bazarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan üzərindən qurulması ölkənin iqtisadi inkişafının yeni mərhələsidir. Ümumiyyətlə, son illər Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, bütövlükdə Av­rasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirmiş, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsir göstərib. Ən önəmlisi isə, Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələrin inkişafa doğru irəliləməsi və regionun başqa dövlətlərinin bundan faydalanması 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin yaratdığı yeni reallıqların göstəricisidir. İnanıram ki, yeni imzalanan Anlaşma Memorandumu Azərbaycan-İran dostluğunu daha da artıraraq bütün sahələrdə əməkdaşlığı genişləndirəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1659   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məktəb bufetlərində qida təhlükəsizliyi üçün vahid və sərt nəzarət sistemi vacibdir" - Təhsil eksperti

Məktəblərdə şagirdlərin qidalanması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son vaxtlar bəzi təhsil müəssisələrində bufet məhsullarından zəhərlənmə halları ilə bağlı yayılan məlumatlar valideynlərin narahatlığını artırıb. Bu problem məktəb bufetlərində qida təhlükəsizliyi və nəzarət məsələlərini

7 may
.

"14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi" - Açıqlama

"14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb". Bu iddia ilə "Qafqazinfo"ya Neftçala rayon sakini Gülmira Zeynalov

8 may
.

Akif İslamzadənin son durumu açıqlandı - Oğlundan açıqlama

Müğənni Akif İslamzadənin səhhəti normallaşıb. Bunu Qaynarinfo-ya açıqlamasında sənətkarın oğlu Ayxan İslamzadə deyib. O bildirib ki, Alif İslamzadə günün ikinci yarısına palataya köçürüləcək:. "Səhhəti qaydaya düşüb. Hər şey yaxşıdır. Həkimlər deyir ki, bir azdan palataya köçürəcəyik". Qey

8 may
.

İş yerində özünəinamın gətirdiyi qələbə - 3 sirr

İş yerində özünəinam yalnız insanın özünü yaxşı hiss etməsi demək deyil. Mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə insanın özünü ön plana çıxarmağı və başqalarının rahatlığı naminə daim geri çəkilməməsini öyrənməsi ilə bağlıdır. Özünəinamlı insanlar hər kəsi razı salmağa çalışmaq əvəzinə, gördüklər

8 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar

Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir. Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Denter

8 may
.

Sumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb. Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar mayın 8-i saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçıla

7 may
.

Sumqayıtda yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu + Video

Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayı

7 may
.

Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl

8 may