"Onların sayəsində iki ildir ki, bayramlarımızı qalib ölkənin vətəndaşı kimi qeyd edirik"- DEPUTAT
"Vətən müharibəsindən sonra bütün bayramları qürur və fəxarət hissi ilə qeyd edirik".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı üçün Novruz bayramının xüsusi dəyəri var:
"Çünki müstəqillik əldə etdikdən sonra dövlət səviyyəsində qeyd edilən bu qədim el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini indi də saxlayır. Novruz bayramı dostluq, həmrəylik bayramıdır. Təəssüf ki, bu bayramın qeyd edilməsi SSRİ dövründə rəsmi olaraq qadağan edilmişdi. Lakin Ulu Öndər Heydər Əliyev milli ənənə və dəyərlərə söykənən bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin edib.
Bilirsiniz ki, məhz ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunaraq televiziyada yayımlanıb. Əlbəttə, ümumxalq bayramının dövlət səviyyəsində qeyd edilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır. Ulu Öndər Heydər Əliyevdən sonra cənab Prezident İlham Əliyev də Novruz bayramına xüsusi dəyər verərərək yüksək səviyyədə qeyd edilməsi istiqamtində öz tapşırıqlarını verir.
Ən önəmlisi isə odur ki, Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın zəhməti və səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bununla yanaşı, 2010-cu ilin fevral ayının 23-də BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. BMT Baş Məclisinin verdiyi bu qərar xüsusi əhəmiyyətə malikdir. Çünki bu, həm də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfədir".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra xalqımız bu bayramı yüksək əhval-ruhiyyə, ikiqat sevinc və böyük zəfər ruhu ilə qeyd edir:
"30 ildən sonra işğaldan azad olunan bölgələrdə, xüsusilə də Şuşada bayram tonqallarının qalanması, qalib ölkənin vətəndaşı kimi, məni də qürurlandırır. Bu möhtəşəm qürur hissini bizə yaşadan Ali Baş Komandana və Azərbaycanın mərd oğullarına təşəkkür edir, ərazi bütövlüyümüz uğrunda canlarından və sağlıqlarından düşünmədən keçən şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Onların sayəsində iki ildir ki, bayramlarımızı qalib ölkənin vətəndaşı kimi qeyd edirik.
Novruz bayramı münasibəti ilə təbrik edir, sağlıqlı ömür və bol ruzi-bərəkət arzulayıram".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1749 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabr