"Uşaqlar cinsi tərbiyə almalıdırlar ki..." - Psixoloqdan AÇIQLAMA
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Cinsi sui-istifadəyə məruz qalan gənclər zorakılıq ucbatından saysız-hesabsız psixoloji əzablara düçar olurlar. Təəssüflər olsun ki, son zamanlar cinsi və fiziki zorakılığa məruz qalan uşaqlar çoxalıb: İmişli rayonunda 11 yaşlı qızın atalığından hamilə qaldığı məlum olub, Yevlaxda əmi 13 yaşlı qardaşı qızını qaçırdıb, Bakıda qız 13 il atasının zorakılığına məruz qalıb, Gəncədə 17 yaşlı fiziki məhdudiyyətli qız 70 yaşlı qonşusundan hamilə qalıb...
Bəs pedofilliyin qarşısını necə almaq olar?
Psixoloq Aygün Cəfərova Sonxeber.az-a açıqlamasında bildirib ki, pedofilliyin qarşısını almaq üçün, ilk növbədə, ailədə uşaqlara cinsi tərbiyə verilməlidir:
"Cinsi tərbiyə almış uşaqların təcavüzə məruz qalma ehtimalı çox azdır. Belə uşaqlar artıq bədənindəki intim bölgələrin onlara məxsus olduqlarını, onların icazəsi olmadan kiminsə toxunmağının mümkün olmayacağını, icazə verilməyəcəyini dərk etmiş olurlar. Sərhədlərini müəyyən edirlər, bilirlər ki, tanımaqdıqları insanlarla necə rəftar etməlidirlər. Bu səbəbdən cinsi tərbiyənin verilməsi mütləqdir.
Pedofil insanlarda pozuntuların səbəbi əksər hallarda uşaqlıqda baş verən böyük travmatik hadisələrlə bağlıdır: təzyiqə, şiddətə, təcavüzə məruz qalan insanlar eyni hərəkəti təkrarlamağa meyilli olurlar. Bunun bir çox səbəbi ola bilər. Yəni cəmi bir əsasdan tutub deyə bilmərik ki, bu gün şiddət görən insan mütləq pedofil olacaq. Çünki N qədər şiddətə məruz qalmış insanlar var ki, heç də pedofil olmurlar. Bunun qarşısını almaq üçün uşaqlar mütləq cinsi tərbiyə görməlidirlər, ailədə düzgün tərbiyə almalıdırlar ki, elə insanlara qarşı özlərini qoruya bilsinlər.
Hər bir şey ailədən başlayır. Ailədə pedofil də böyüyür, hansısa bir yaxşı sənət sahibi də. Deməli, iş ailədən valideynin uşaqlara münasibətindən başlayır. Hansı formada uşaq böyüdülürsə, bu gün cəmiyyətimizdə həmin insanlar fəaliyyət göstərirlər: ya yaxşı bir işin sahibi olurlar, ya da bu kimi pozuntularla insanlara zərər yetirə bilirlər.
İlk öncə valideynlərə təbliğ olunmalıdır ki, düzgün, yararlı şəxsiyyət yetişdirmək, sağlam cəmiyyət formalaşdrmaq üçün uşaqlarla düzgün rəftar etmək lazımdır. Onların şəxsiyyətini alçaltmadan, fikirlərinə, istəklərinə hörmətlə yanaşmaqla sağlam şəxsiyyət böyütmək olar.
Bəzən valideynlər düşünürlər ki, əgər uşağa qadağa qoyulmasa, uşaq döyülməsə, tərbiyə olunmayacaq. Təbii ki, qadağa da qoymaq olar, səhvlərini də demək olar. Amma bu elə bir formada deyilməlidir ki, onların şəxsiyyəti alçaldılmasın. Valideynlər uşaqlara emosiyalarını, hisslərini bildirməkdə kömək etməli olduqları halda, bəzən onlara fikirlərini ifadə etməyə şərait yaratmırlar. "Sən necə mənə belə cavab verə bilərsən?", "Sən necə mənə əks-reaksiya verə bilərsən?" kimi yanaşmalar uşaqların formalaşmasında, özünü tanımasında, yaxşını pisdən, pisi yaxşıdan ayırmasında maneə törədir".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Qızıl bazarında son vəziyyət
Süni intellekt indi də oğurluq etdi
"WhatsApp"a iki yeni funksiya gəlir
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar