"Düşərgədə mindən çox azərbaycanlı var, sərhədi keçə bilmirik" - VİDEO
"Bu ilin fevralında Rusiyaya gəlmişdik, geri dönüş biletlərimiz də alınmışdı. Lakin hava sərhədi bağlandığından Azərbaycana qayıda bilmədik. Martın 7-dən Dağıstanın Dərbənd şəhərində "Oqonyok" düşərgəsinə yerləşdirilmişik. Biz gələndə düşərgədə 150 nəfər var idisə, hazırda burada qeydiyyata alınanların sayı 1000-i keçib. Aralarında körpə uşaqlar, yaşlılar, xəstələr var, hamısı qalıb, evinə-eşiyinə gedə bilmir..."
Bu şikayətlə "Qafqazinfo"ya Rusiya ilə sərhəddə qalan bir qrup azərbaycanlı müraciət edib. Onların sözlərinə görə, hazırda düşərgəyə Rusiyanın müxtəlif şəhərlərindən azərbaycanlılar toplaşıb.
Şikayətçilər iddia edirlər ki, onlara sözügedən düşərgədə 1-2 gün saxladıqdan sonra Azərbaycana buraxacaqları bildirilib: "Biz 14 nəfər Astraxanda təhsil alan tələbələrik. Bizdən başqa yüzlərlə insan burada düşərgədə qalıb. Hazırda gələnlərin sayı o qədər çoxdur ki, qapıdan içəri girə bilmirlər, 40 nəfər soyuqda qalıb. Burada vəziyyət çox pisdir. Bizə dedilər ki, quru sərhədi bağlı olsa da, bu düşərgədən azərbaycanlıları ayda bir neçə dəfə, hissə-hissə ölkəyə buraxacaqlar. Əslində Rusiya sərhədindən keçə bilirik, amma Azərbaycan tərəfi bizi buraxmır. Öz vətənimizə qayıda bilmirik. Bütün aidiyyəti dövlət qurumlarına - XİN-ə, Rusiyadakı Səfirliyimizə, Nazirlər Kabinetinə müraciət etsək də, bizimlə bağlı tədbir görən yoxdur".
Sərhəddə çətin vəziyyətdə qalan şikayətçilərlə bağlı Nazirlər Kabinetinə müraciət etsək də, cavab ala bilmədik.
Xatırladaq ki, ötən gün Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Razi Nurullayev sözügedən məsələni gündəmə gətirib. Bildirib ki, Rusiya-Azərbaycan quru sərhədində yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır: "Soydaşlarımıza bu cür münasibət ölkəmizin nüfuzuna ziyandır. Cənab Baş nazir, sizdən quru sərhədlərin açılmasını və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm".
Baş nazir Əli Əsədov isə bildirib ki, karantin qaydaları yumşaldılsa da, pandemiya aradan qalxmayıb: "Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan azərbaycanlıların məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib".
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında uçuşlar martın 6-dan dayandırılmışdı. Bu beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqələndirilirdi. Ötən gün isə Rusiyanın "Aeroflot" aviaşirkəti martın 21-dən Azərbaycana reysləri bərpa edəcəyini açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1591 Tarix: 16 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabr