XƏBƏRDARLIQ: Yolu keçərkən CƏRİMƏ oluna bilərsiniz - 20, 40, 50 AZN

XƏBƏRDARLIQ: Yolu keçərkən CƏRİMƏ oluna bilərsiniz - 20, 40, 50 AZNPaytaxtın bir çox yerlərində piyada keçidi olsa da, ondan istifadə edənlər azdır. Piyadaların çoxu yolun hərəkət hissəsindən keçməyə üstünlük verir. Beləliklə yolun hərəkət hissəsindən keçən piyadalar həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Bəzən isə piyada nəzərdə tutulan "piyada zolağından" keçmək istəsə də, sürücü ya zolağı görmür, ya da səhlənkarlıqla piyadaya yol vermir.

Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmaq lazımdır:XƏBƏRDARLIQ: Yolu keçərkən CƏRİMƏ oluna bilərsiniz - 20, 40, 50 AZN"Əgər infrastrukturda hər hansı bir problem varsa, sürücü günün qaranlıq saatında piyada keçidini görmürsə, deməli, piyada keçidində, işıqlandırmada hansısa bir problem var. Amma heç bir problem olmadığı halda sürücü piyadaya yol vermirsə, bu artıq inzibati xəta tərkiblidir. İşıqforla tənzimlənməyən piyada keçidində piyada mütləq sağına-soluna baxıb əmin olmalıdır ki, piyada keçidinə yaxınlaşa bilər.

Problem ikitərəflidir. Sürücünün piyadaya yol verməməsi ciddi qayda pozuntusudur. Amma piyadalar tərəfindən də qayda pozuntusu çox olur. Piyadaların çoxu nəzərdə tutulmayan yerlərdən keçirlər. Eyni səviyyəli keçiddən istifadə etmir, yerüstü, yeraltı keçidlər olduğu halda məhəccərlərin üzərindən keçirlər. Bu problem sürücü diqqətsizliyi, məsuliyyətsizliyi ilə yanaşı, piyada səhlənkarlığından da irəli gəlir.

Məlumat üçün deyim ki, 10 ilə yaxın dövrdə piyada vurma halları ümumi yol-nəqliyyat hadisələrinin 50 %-dən çoxunu təşkil edir. Həmin qəzalardan görünür ki, sürücü ilə yanaşı, piyada səhlənkarlığı da buna səbəb olur. Hadisələrin böyük əksəriyyəti piyadalar üçün nəzərdə tutulmuş yol infrastrukturunun yaxınlığında baş verir.

Cərimələrə qaldıqda, əgər piyada 60 km-ə qədər hərəkət sürəti olan yollarda qaydanı pozarsa 20 manat, 80 km və daha yüksək olan yollarda isə 40 manat məbləğində cərimə nəzərdə tutulub. Sürücü piyadaya yol vermədiyi halda 50 manat cərimə olunur.

Cərimə və protokolların mahiyyəti ondan ibarətdir ki, həmin hadisədən nəticə çıxarılsın və bir daha təkrarlanmasın. Təəssüf ki, yanaşma tərzi yanlış olur və insanlar məsələdən düzgün nəticə çıxarmadan, yalnız cərimə barədə düşünürlər.

Məsələn, Yaponiyada, Almaniyada heç kim yolda nəzərdə tutulmayan yerdən keçməz. Çünki onların beyninə uşaqlıqdan yeridilib ki, oradan keçsə, ölə bilər.

Qaydalara əməl etməyin özü də bir mədəniyyətdir. Sürücünün piyadaya yol verməməsi, üstəlik "deyinməsiı" də mədəniyyətsilikdir. Sürücü özü də avtomobildən düşəndə elə piyada olur. Piyadalar bəzən əldə telefonla, kiməsə mesaj yazaraq, qulaqcıqlarla, ətrafa baxmadan piyada zolağından keçir və günahı sürücüdə görürlər.

Cəmiyyətdə ən böyük problemlərdən biri məsuliyyətin olmamasıdır. Yol hərəkəti qaydaları kimi sadə məsələlərə qarşı belə, məsuliyyət hissi azdır. "Bilmədim", "görmədim", "tələsirdim" kimi ifadələr insanları məsuliyyətdən azad etmir və onların həyatlarını sığorta etmir. Hər bir vətəndaş - sürücü, sərnişin, piyada, mopedçi - bütün həkət iştirakçıları yol hərəkəti sistemində təhlükəsizlik qaydalarına əməl etməyi bir məsuliyyət hissi kimi başa düşsünlər. Həm özlərinin, həm də ətrafdakıların həyat və sağlamlıqlarının qorunmasına laqeyd olmasınlar.

Hər bir kəs həm qaydalara, həm də özlərinə, ətrafdakılara hörmətlə yanaşmalıdır ki, bədbəxt hadisələrin sayı azalsın".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5811   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr