Rusiya Baydenə 23 il öncəki çıxışı ilə cavab verdi - VİDEO
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "hərbi cinayətkar" adlandırıb.
Sonxeber.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, "Roskosmos"un rəhbəri Dmitri Roqozin də öz növbəsində Co Baydeni "hərbi cinayətkar" adlandırıb.
"Bəlkə Baydenə kimin hərbi cinayətkar olduğunu xatırlatmaq lazımdır?", - deyə Roqozin öz teleqram kanalında yazıb.
"Roskosmos" rəhbəri, həmçinin Baydenin 1999-cu ildə Belqrad şəhərini bombalamağa və ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarını Dunay çayındakı körpülərin dağıdılması üçün göndərməyə çağırdığını əks etdirən video paylaşıb.
"Bu qəddar qoca ölüm astanasında törətdiyi vəhşilikləri, öldürdüyü minlərlə dinc insanları xatırlamalıdır", - deyə Roqozin əlavə edib.
Xatırladaq ki, Yuqoslaviyanın NATO qüvvələri tərəfindən bombalanması 1999-cu il martın 24-ü başlayıb və iyunun 10-da başa çatıb. Bu zaman həm hərbi obyektlər, həm də mülki infrastruktur zərbələrə məruz qalıb. Yuqoslaviya Federativ Respublikası hökumətinin məlumatına görə, bombardman zamanı 400-ə yaxın uşaq daxil olmaqla 1700-dən çox mülki şəxs həlak olub. Daha 10 min nəfər isə yaralanıb. BMT-nin məlumatına görə isə, hadisə zamanı 821 nəfər itkin düşüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1567 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı
28 oktyabrErmənistanda növbədənkənar seçkilər gündəmə gəldi
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəy
28 oktyabrErmənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu
Ermənistan parlamentinin keçmiş spikeri Artur Bağdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub. Bizim.Media xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Məcburi İcra Xidməti bu barədə məlumat yayıb. Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarı ilə Bağdasaryanın və onunl
28 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabr