Abramoviçin fırıldaqçılığını təsdiqləyən YENİ SÜBUTLAR

Abramoviçin fırıldaqçılığını təsdiqləyən YENİ SÜBUTLARSonxeber.az bildirir ki, BBC "Chelsea" Futbol Klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviçin qanunsuz yollarla varlandığını təsdiqləyən yeni sübutlar tapıb.

Roman Abramoviç Rusiya dövlətinə aid neft şirkətindən birini 1995-ci ildə şübhəli tenderdə satın alandan sonra milyardlar qazanıb.

Onda o, "Sibneft"i təqribən 250 milyon dollara almış, 2005-ci ildə isə dövlətə 13 milyard dollara satmışdı.
Vəkilləri Abramoviçin öz sərvətini qanunsuz yolla əldə etməsi iddiasının əsassız olduğunu deyirlər.

Ötən həftə Britaniya hökuməti Abramoviçin Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrini əsas gətirərək onun aktivlərini dondurub.

O, "Chelsea" klubunun idarəçiliyindəki səlahiyyətlərindən də məhrum edilib.

Roman Abramoviç "Sibneft"i almaq üçün rüşvət verdiyini Britaniya məhkəməsində etiraf etmişdi. 2012-ci ildə keçmiş biznes ortağı Boris Berezovski onu məhkəməyə vermiş, Abramoviç bu işi udmuş, amma "Sibneft"lə bağı tenderə fırıldaq edildiyini, bunun müqabilində Kreml rəsmilərindən birinə 10 milyon ödəmək üçün Berezovskiyə 10 milyon dollar verdiyini bildirmişdi.

"BBC Panorama" komandası Rusiyadakı cinayət işindən götürüldüyü güman edilən bir sənəd əldə edib.

Etibarlı mənbə deyir ki, bu, Rusiya hüquq-mühafizə orqanlarının Abramoviçlə bağlı topladığı sənədlərdən birinin surətidir.

BBC iddianın doğruluğunu dəqiqləşdirə bilməyib. Bununla belə, digər mənbələr beş səhifəlik sənəddəki təfərrüatların əksəriyyətini təsdiqləyiblər.

Sözügedən sənəddə "Sibneft"in satışıyla bağlı tenderdə Rusiya dövlətinin 2,7 milyard dollar ziyana düşdüyü qeyd edilir.

"Abramoviçi Yeltsin qoruyurdu"

Bu iddia 1997-ci ildə Rusiya parlamentinin başlatdığı araşdırmada da yer alıb.

Sənəddə qeyd olunur ki, Rusiyanın hüquq-mühafizə orqanları Abramoviçi dələduzluq maddəsiylə mühakimə etmək istəyib.

"İqtisadi Cinayətlər Departamentinin məlumatına görə, Abramoviç məhkəməyə cəlb olunsaydı, mütəşəkkil cinayətkar dəstə vasitəsilə dələduzluq etməkdə ittiham ediləcəkdi" - sənəddə belə yazılır.

"Panorama" komandası 1990-cı illərə təsadüf edən bu araşdırmanın rəhbərinə - Rusiyanın keçmiş Baş prokuroru Yuri Skuratora müraciət edib.

Skuratov məxfi sənəddən xəbərsiz olduğunu desə də, "Sibneft" tenderinin bir çox təfərrüatlarını təsdiqləyib:

"Həmin özəlləşdirmə tenderinin iştirakçılarının cinayətkar iş birliyi yaradıb dövlətə şirkətin dəyərindən az pul ödəməsi bilavasitə dələduzluq əməli idi" - Skuratov belə deyib.

Sənəddə Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinin Abramoviçi qoruduğu da qeyd olunur. Həmçinin bildirilir ki, Abramoviçlə bağlı istintaq dosyesi Kremlə göndərilsə də, Yeltsin Skuratova işi dayandırmağı tapşırıb.

1999-cu ildə Yuri Skuratorun gizli çəkilmiş seks kasetini yayıblar və sonra da vəzifəsindən kənarlaşdırıblar. Skuratovun sözlərinə görə, məqsəd istintaqı və onu gözdən salmaq olub:

"Hər şey açıq-aydın oyun idi, çünki mən istintaq prosesində Yeltsinin özünə də çox yaxınlaşmışdım. Sübutlar arasında "Sibneft" tenderi də vardı".

Tenderdən əvvəl rəqib Çin şirkətinin nümayəndəsi oğurlanıb

Putin hakimiyyətə gələndən (2000-ci il) sonra da Abramoviç Kremlə yaxın çevrənin üzvü olaraq qalmaqda davam edib.

BBC-nin əldə etdiyi sənəddə iki il sonraya aid daha bir saxta tender haqqında da təfərrüatlar var.

Həmin vaxt Abramoviç "Slavneft"i almaq üçün başqa bir şirkətə ortaq olub. Amma tenderdə onlara rəqib olacaq CNPC şirkəti (Çin) "Sibneft" üçün, demək olar ki, iki dəfə baha qiymət təklif etməyə hazırlaşırdı.

Bu o deməkdi ki, Rusiya parlamentindən Kremlə qədər bir çox adam rüşvətdən məhrum olacaqdı.

Sənədə həmçinin qeyd olunur ki, Çin şirkətinin tenderə qatılmaq üçün Moskvaya gələn nümayəndəsi hava limanında oğurlanıb. Bundan sonra CNPC tenderdən geri çəkilməli olub. Qaçırılmış şəxs çəkilmə qərarı elan olunandan sonra sərbəst buraxılıb.

Oğurlanma faktını sözügedən sənəddən xəbəri olmayan müstəqil mənbələr də təsdiqləyiblər.

Vladimir Milov "Slavneft"in satışı ərəfəsində energetika nazirinin müavini olub.

Milov oğurluq hadisəsini şərh etməyib, amma yüksək vəzifəli şəxslərin tenderdə məhz Abramoviçin qalib gəlməsinə çoxdan qərar vermiş olduqlarını bildirib:

"Dedim ki, baxın, çinlilər gəliblər və daha çox pul vermək istəyirlər. Cavab verdilər ki, sən sus, qarışma. Çoxdan qərar vermişdilər, "Slavneft"i Abramoviçə satacaqdılar. Qiymətdə razılaşmışdılar və çinliləri kənarlaşdıracaqdılar".

Abramoviçin qaçırılma faktından xəbərdar olub-olmaması və ya bu hadisədə iştirakı barədə heç bir məlumat yoxdur.

Onun vəkilləri bildiriblər ki, çinli nümayəndənin oğurlanması iddiası tamamilə əsassızdır və Abramoviçin bundan xəbəri yoxdur./lent.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1608   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?

"Qarabağ"ın və Azərbaycan millisinin cinah müdafiəçisi Elvin Cəfərquliyev sosial şəbəkə hesabında diqqətçəkən foto paylaşıb. Qaynarinfo xəbər verir ki, hazırda Ağdam təmsilçisinin heyətində Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olan istedadlı futbolçu asudə vaxtında çəkilmi

30 iyun
.

Xanımı Messini belə təbrik etdi - Fotolar

Argentina millisinin kapitanı Lionel Messinin həyat yoldaşı Antonella Rokutso ötən gün keçirilən Argentina-Misir matçından foto paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, "İrəli, Argentina! Artıq söz qalmayıb." yazaraq ərini təbrik edib. Qeyd edək ki, dünən Argentina Misiri 3:2 hesab

8 iyul
.

Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi

DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni

4 iyul
.

Qurban Qurbanov: "Bir neçə gün vaxtımız olsaydı..."

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib. Qaynarinfo xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis keçirdikləri iki yoxlama oyunu barəsində danışıb:. "Bu gün iki oyun keçirdik. "Xarkov"l

2 iyul
.

"Qarabağ" - "Vestri" oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçına bilet satışı davam edir. Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq qarşılaşma üçün 16 min 350 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionund

7 iyul
.

"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib

İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli

4 iyul
.

Azərbaycan Premyer Liqası: Son 5 mövsümdə nə qədər azarkeş olub?

Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb

1 iyul
.

Levandovski qəfildən Ronaldoya qarşı çıxdı: İbrahimoviçin sözlərini yenidən paylaşdı

"Barselona"nın keçmiş hücumçusu Robert Levandovski ("Çikaqo Fayr" komandasına keçib) bu yaxınlarda beynəlxalq qalmaqala səbəb olan səhvə yol verib. "Barselona"nın keçmiş oyunçusu olmasına baxmayaraq, "Real"ın əfsanəsi Kriştiano Ronaldoya qarşı hücumu dəstəklədiyin

6 iyul
.

"Qarabağ" 1 milyon avroya macar futbolçu transfer etdi

Macarıstanın "Zalaeqerseq" (ZTE) klubunun futbolçusu Bençe Varkoni karyerasını Azərbaycanda davam etdirəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "Nemzeti Sport" nəşri və transfer xəbərləri üzrə etibarlı mənbə kimi tanınan Saşa Tavolyer məluamt yayıb. Məlumata əsasən

30 iyun