Bu Azərbaycanlı tələbə Eynşteynin oxuduğu universitetdə təhsil alacaq
Azərbaycanlı tələbə dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetində təhsil alacaq.
Orta təhsilini Bakıda - Məktəb Lisey Kompleksində alan Rüfət Əsədli Qurbanəli oğlu bu məktəbi 2019-cu ildə Fərqlənmə diplomu ilə bitirib. Respublika Fənn Olimpiadalarında da yüksək mərhələlərə kimi aktiv iştirak edib.
Eyni ildə Çexiyanın paytaxtı Praqada yerləşən Çarls universitetinə İqtisadiyyat və Maliyyə ixtisası üzrə qəbul olub. Universitetdəki ilk ilin sonunda orta qiymətlərinə görə 5000 nəfərlik fakültədə ən yaxşı 10%-ə daxil olub. İkinci ilin sonunda isə 5000 nəfərin arasında ilk 1%-də yer alıb.
Rüfət Əsədli bildirib ki, bu illərdə məktəb və universitet dərslərindən əlavə rəsm və rəqslə də məşğul olub. Rəsm sahəsində Belorusiya (Minsk) və Amerikaya (Vaşinqton, Prezident Parkı) rəsm festivallarına və olimpiadalarına dəvət alıb, yer tutub. Daha sonra isə Gənclərin Beynəlxalq İncəsənət Fondu tərəfindən Afrikaya dəvət olunan dünyada 20 ən yaxşı gənc rəssamdan biri olub. Eyni zamanda Lüksemburq, Hollandiya və Belçikaya da dəvət alıb. Rəqs sahəsində isə 10-dan çox bal rəqsləri üzrə ölkədaxili yarışlarda iştirak edib.
R. Əsədli bildirib ki, universitetin ikinci ilində Paşa Sığorta ASC-də 5 ay müddətinə təcrübə proqramı keçib. 5 aylıq müddətin son dövrlərini şirkətin rəsmi əməkdaş kimi başa vurub.
O, növbəti və daha böyük uğuru barəsində aşağıdakıları bildirib:
"Universitetin son ilində isə artıq magistr təhsilimi almaq üçün universitetlərin sənəd qəbulu prosesinə mən də başladım. Belə ki, mənim üçün də prioritet olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetinə sənəd göndərdim. Bu universitet Nobel mükafatçıları (A. Eynşteyn və s.) yetişdirməklə yanaşı, dünya sıralamasında da 7-ci yerdədir. Artıq bir neçə həftə əvvəl cavablar açıqlandı və mən Statistika və Data Elmləri sahəsində bu universitetə qəbul aldım. Zürixdə keçirəcəyim bu müddətdə uçan aparatların, xüsusilə dronların, süni intellekt tərəfindən neyron şəbəkələrinin köməyi ilə aşkar olunması sahəsinə fokuslanacağam və tezisim də eyni adlı konseptlə bağlı olacaq."
Rüfət deyir ki, onun əsas məqsədi və arzusu ölkəmizdə də rəğbət görən PUA-lar üzrə ixtisaslaşmaqdır: "Bu idea barədə daha əvvəl də düşünməyimə baxmayaraq, artıq bu sahəni özümə araşdırma mövzusu kimi seçməyimdə Vətən Müharibəsinin də öz rolu olmuşdur. Başda Səlcuq Bayraktarın memarı olduğu məşhur "Bayraktar TB-2" PUA-ları hərb doktrinasında yeni bir səhifə açmışdı və başlıca olaraq bizim şanlı qələbəmizdə misilsiz rol oynamışdı. Lakin, məni ən çox heyrətləndirən texnologiyanın bu həddə çata biləcəyi və bir millətə hansı səviyyədə kömək edə biləcəyi gerçəyi oldu. Məhz buna görə də mən də texnologiyanın, xüsusilə PUA-ların və müdafiə sistemlərinin potensialını daha dərindən araşdırmağı arzulayır və planlayıram. Hətta çox istərdim ki, bu sahəni onun novator bilicisindən öyrənmək üçün yaxın gələcəkdə Səlcuq bəy və onun komandası ilə də əməkdaşlıq edim."/Musavat.com
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2291 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabr