Ərdoğan Putinlə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb.
Türkiyə Prezidenti Administrasiyasından verilən açıqlamaya görə, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr və bölgədəki humanitar vəziyyət müzakirə edilib.
Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün əvvəlcədən göstərdiyi səmimi yanaşmasını davam etdirir.
O, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda müsbət nəticə əldə olunmasını ürəkdən arzuladığını deyib.
Bəzi məsələlərdə konsensusa nail olmaq üçün liderlər səviyyəsində danışıqlar tələb oluna biləcəyinə diqqət çəkən prezident Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini İstanbul və ya Ankarada qəbul etmək təklifini təkrarlayıb.
Müharibənin heç bir tərəfə fayda verməyəcəyini və diplomatiyaya fürsət verilməli olduğunu vurğulayan Ərdoğan, humanitar dəhlizlərin hər iki istiqamətdə effektiv işləməsinin vacibliyinə də diqqət çəkib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1667 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabrPakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29 oktyabrAvropa KİV-i Zukerberqə qarşı çıxdı
"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy
28 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabr