Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ: "Suyun 30-40 faizi itkiyə gedir"

Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ: "Suyun 30-40 faizi itkiyə gedir""Biz su ehtiyatları məhdud olan ölkələrdənik. Ölkəmizin 70 faizdən çox su ehtiyatı xaricdən əldə edilir. Bu, özü istənilən halda bizə təhlükə yaradan amillərdəndir. Buna görə biz su ehtiyatlarının qorunmasını ciddi təmin etməliyik".

Sonxeber.az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı torpaqlarının 90 faizi suvarılır:

"Biz məhsulun 90 faizini suvarılan torpaqdan əldə edirik ki, bu da təxminən 1,5 milyon hektar sahə deməkdir. Bu gün ən böyük problem mövcud suyun sahələrə çatdırılmasındakı itkilərdir. Ölkə üzrə 52 min kilometri əhatə edən su kanallarının 70-75 faizi torpaq kanallardır. Suyun torpaq kanallar vasitəsilə çatdırılması zamanı təbii olaraq suyun 30-40 faizi itkiyə gedir. Kənd təsərrüfatına iki istiqamətdə ziyan dəyir. Birincisi, kanallarda filtrasiya olunmuş su kanal ətrafındakı torpaqların sıradan çıxmasına səbəb olur. İkincisi isə, sahələrə suyun az çatmasıdır".

O qeyd edib ki, bu günə qədər su bol olub və fermerlər mütərəqqi suvarma sistemlərinə maraqlı olmayıblar:

"Ölkəmizdə "su qiymətinə" ifadəsi əbəs yerə yaranmayıb. Ölkədə kənd təsərrüfatında istifadə edilən 1000 ton su 0,50 qəpikdir. İçməli su ilə müqayisə etsək, mağazada satılan 1 butulka suyun qiymətinə bərabərdir. Fermerlər özləri də su azlığından əziyyət çəkir. Son dövrlər artıq fermerlər kütləvi formada müasir suvarma sistemlərinə maraq göstərirlər. Bu suvarma sistemləri isə 1 hektarda 2-2,5 dəfə su qıtlığının qarşısını ala bilir.

Lakin bir məsələ var ki, müasir suvarma sistemlərinə keçid etmək üçün fermerə təxminən 3-4 min manat investisiya lazımdır. Bunun 40 faizi dövlət tərəfindən qarşılanır, qalan hissəsi isə uzunmüddətli kreditlə əldə edilə bilir. Bu sistemlərin tətbiqi su qıtlığının nisbətən olsa da qarşısının alınmasına kömək edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1220   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr