Futbol matçında özünü qapı dirəyinə bağladı - FOTO
İngiltərə Premyer Liqasının XX turundan təxirə salınmış "Everton" - "Nyukasl" görüşündə qeyri-adi hadisə baş verib.
"Qudison Park" stadionundakı matçı tribunadan canlı izləyən tamaşaçılardan biri meydançaya daxil olaraq, özünü plastik qandalla Mersisayd təmsilçisinin qolkiperi Asmir Beqoviçin qoruduğu qapının dirəyinə bağlayıb.
Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları dərhal dəmirkəsən qayçı ilə həmin şəxsin boğazındakı qandalı açmağa çalışıblar. Çoxsaylı cəhdlər təqribən 8-9 dəqiqə sonra nəticə verib. Bu səbəbdən görüşdə məcburi fasilə yaranıb.
Tamaşaçının siyasi fəal olduğu və meydançaya etiraz məqsədilə çıxdığı bəlli olub.
Hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.
Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.



Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1436 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr