Rusiyada WhatsApp bloklanır?
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Sonxeber.az xəbər verir ki, Rusiyalı istifadəçilər üçün baş vermiş problemlər haqqında "Megafon" və "Tele2" kimi telefon operatorlarından Report-un Rusiya bürosunun müxbirinə bildirilib ki, votsap tətbiqinin pis işləməsinin mobil operatorlara heç bir aidiyyatı yoxdur: "Messencer bloklanır. İndi çoxları tətbiqin pis işləməsindən şikayətlənir. Bloklama ilk olaraq "Megafon" istifadəçilərinin işində dayanmalardan başlayıb".
"Megafon"dan deyilib ki, hətta VPN xidməti quraşdırılsa belə votsap bloklanacaq. Çünki istifadəçilər Rusiya ərazisində yerli nömrələrdən istifadə edirlər.
Şirkət nümayəndələrinin sözlərinə görə, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti ("Roskomnadzor") "Meta" şirkətinin vahid platforması olan votsapı bloklayır. İlk növbədə "IPhone" istifadəçiləri bloklanır.
"Roskomnadzor" isə votsapın Rusiya ərazisində fəaliyyətinin məhdudlaşdırılması haqqında şayələri təkzib edib.
"Rusiya ərazisində votsapın fəaliyyəti məhdudlaşdırılmayıb. "Roskomnadzor" servisin işindəki dayanmaları "Meta Platforms"un digər resurslarına (feyskuk və instaqram) tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmir. Messencerlə bağlı çətinliklər başqa ölkələrdə də müşahidə olunur. 2021-ci ilin oktyabr ayında da oxşar hadisələr baş vermişdi. Həmin vaxt şirkət məsuliyyəti öz üzərinə götürmüşdü", - qurumun Mətbuat Xidmətindən bildiriblər.
Xatırladaq ki, daha əvvəl instaqram, feysbuk və tvitter kimi sosial şəbəkələr Rusiya ərazisində bloklanıb. Bloklama ilə bağlı tələbi Rusiyanın Baş Prokurorluğu irəli sürüb./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2526 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabrPakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29 oktyabrAvropa KİV-i Zukerberqə qarşı çıxdı
"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy
28 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabr