Bayram günləri qidalanmada hansı səhvləri edirik?

Bayram günləri qidalanmada hansı səhvləri edirik?Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ ikinci, köməkçi yeməklər və salatları demirik. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır.

Belə günlərdə necə qidalanaq mövzusu barədə Lent.az-a danışan diyetoloq Leyla Zülfüqarlı mövzu ilə bağlı fikrini bildirib.

O qeyd edib ki, Novruz bayramında qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Çünki Novruz daha çox şirniyyat bayramı kimi xarakterizə olunur:

"Təəssüf ki, bizdə bayram günləri yalnız yeməklə ölçülür. Bizim üçün bayram adət-ənənəsi yeməklərdən aldığımız zövqdür. Halbuki bunu əylənmək, şənlənmək, deyib-gülmək, oynamaqla tamamlasaq, yəni fiziki aktivliyi də əlavə etsək, normal yemək və şirniyyatdan da zövq ala bilərik.

Bayram günlərində yemək paylarına mütləq nəzarət etməliyik. Yemək paylarımız kiçik olmalıdır. Qurban bayramında bir başqa tərzdə qidalanırıq, Yeni ildə bir başqa. Ən təhlükəli qidalanma isə Novruz bayramına düşür. Bu zaman digər bayramlara nisbətən qidalanma proqramı zəngin olduğu üçün daha çox məsuliyyət tələb edir.

Şirniyyatdan təkcə bir şəkərbura bir pay kalorili yemək qədərdir. Məsələn, bir boşqab yağlı, ətli aş qarası ilə plov təqribən bir şəkərburanın kalorisi ilə ekvivalentdir. Bir şəkərbura 650 kaloridirsə, bir qab plovda da təqribən o qədər kalori var".

L.Zülfüqarlı ağır yeməklərdən sonra çayla şirniyyatın orqanizm üçün ikiqat təhlükə mənbəyi olduğunu deyir:

"Nəzərə almalıyıq ki, azərbaycanlılar metabolik xəstəliklərdən əziyyət çəkən xalqdır. Burada əsasən şəkərli diabet, zob xəstəlikləri nəzərdə tutulur. Belə xəstəliklərə meyilli olan insanlar xüsusilə şirniyyat sarıdan ehtiyatlı olmalıdırlar. Bu cür insanlar Novruz bayramında istədikləri kimi, kifayət qədər şirniyyat qəbul etsələr, artıq risk qrupuna daxil ola bilərlər. Novruz bayramını nə qədər sevsək də, özümüzə və qidalanmamıza qarşı bir o qədər tələbkar olmalıyıq".

Mütəxəssisin sözlərinə görə, bu günlərdə qidalanma ilə bağlı orqanizmə istirahət vermək vacibdir:

"Özümüz istirahət etdiyimiz kimi, orqanizmimizə də dinclik verməliyik. Məsələn, bir gün günün birinci yarısı şirniyyat qəbul etsək, o biri gün şirniyyatdan imtina etməliyik. Hər gün bir-birinin ardınca şirniyyat yemək orqanizm üçün doğru deyil. İstirahət günlərində hesablamadığımız hipodinamik həyat tərzini də nəzərə almaq lazımdır. Şirniyyatı adət etdiyimiz qara çayla içmək məsləhət deyil. Bu günlərdə bitki çaylarına, əsasən, yaşıl çaya və darçın çubuğu ilə dəmlənmiş çaylara üstünlük verilməlidir".

Bayram günlərində pəhriz saxlayanların üzərinə daha çox məsuliyyət düşür. Pəhriz saxlayanların çoxu, demək olar ki, bayramı doyaraq yaşamadıqlarını etiraf edirlər. Çoxları isə hətta dadlı yeməklər, müxtəlif şirniyyatlara kənardan baxmaqla kifayətlənirlər. L.Zülfüqarlının isə pəhriz saxlayanlara xoş xəbəri var:

"Düzdür, pəhriz saxlayanlar üçün bayram günləri sıxıntılı keçir. Amma pəhrizlərini də davam etdirirlər. Təbii ki, yemək və şirniyyatlardan da dadaraq. Üstəlik, heç bir problem də yaşamırlar. Bu şərtlə ki, nəzarəti itirməsinlər. Əgər bir gün bir paxlava və bir şəkərbura yeyirlərsə, həmin gün kalorili yeməkdən imtina etmək lazımdır. Bu cür etsələr, ciddi xətalardan qoruna bilərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 722   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr