Dövlət Xidmətindən unun qiymətini qaldıranlara SƏRT XƏBƏRDARLIQ

Dövlət Xidmətindən unun qiymətini qaldıranlara SƏRT XƏBƏRDARLIQSon günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı məlumatlar yayımlanır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata görə, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur:

"Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir. Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaq".

Qeyd edək ki, "Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirasalınmaz tədbirlərin gücləndirilməsi haqqında" Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunması nöqteyi-nəzərindən ərzaq məhsulları bazarında araşdırmaların aparılmasını prioritet sahələr siyahısına daxil edib. Bu tədbirlər çərçivəsində artıq bir sıra bazar subyektlərinə öz qiymət siyasətinin əsaslandırılması məqsədilə sorğular göndərilərək məlumatların təqdim edilməsi tələb olunub.

Xatırladaq ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bununla yanaşı, ilin əvvəlində iri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət ediblər. Onlar, qida təchizatında önəmli rollarını dərk edərək, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək müəyyən olunan səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər.

Dövlət Xidməti bildirir ki, un istehsalçıları unun topdansatış qiymətləri, topdansatış mərkəzləri və məntəqələri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları mütəmadi olaraq Dövlət Xidmətinə bəyan edirlər. Dövlət Xidməti isə informasiya əlçatanlığını təmin etmək məqsədilə həmin məlumatları rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-istehsalcilarinin-topdansatis-menteqeleri-satis-qiymetleri-ve-is-vaxti-barede-melumat) yerləşdirir. Bu məlumatlar mütəmadi olaraq yenilənir.

İstehlakçılar və sahibkarlar qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (+99412) 599-76-00;

email ünvanı: [email protected].


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1338   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Buraxılış imtahanında 8 nəfər maksimum nəticə göstərib (ADLAR)

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanı iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 ba

8 may
.

Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu

Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü

7 may
.

"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu

7 may
.

Nazir bu instituta direktor təyin etdi

Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb

8 may
.

Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenantı rütbəsi verilib. -ın məlumatına görə, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün Gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub. Ona bu gün leytenan

8 may
.

"Xınalıq" restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfa

8 may
.

Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü

Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub. Orta məktəbin 1-c

8 may
.

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy

8 may
.

Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl

7 may