Silahdaşlarını iki dəfə pusqudan təkbaşına xilas edən zabit

Silahdaşlarını iki dəfə pusqudan təkbaşına xilas edən zabitAprel döyüşlərindəki qələbədən sonra hiss edirdim ki, həlledici döyüşümüzə elə də çox qalmayıb. O zaman da düşmən təxribatına layiqli cavab vermiş, Zəfərə gedən yolun başlanğıcını qoymuşduq. Həmin yolla yavaş-yavaş irəliləyir, təlimlərdə möhkəmlənirdik, həmçinin ordunun maddi-texniki bazası gücləndirilirdi. Doğrudur, uzun illərdir çözülməyən düyünü sülh yolu ilə həll etməyə çalışdıq, lakin düşmən öz xain xislətindən əl çəkməyərək dəfələrlə təxribata əl atdı. Baş verənlər onu göstərirdi ki, onlar ağır məğlubiyyətə düçar qalmayınca, ordumuzun əsl gücünü görməyincə təxribatlara son qoymayacaqlar. Elə Vətən müharibəsi də mənfurların təxribatlarına cavab olaraq başladı və biz bütün təzyiqlərə, çətinliklərə, düşmənin mülki vətəndaşları, uşaqları hədəf alan namərd əməllərinə baxmayaraq, sonacan getdik. Xalqımızın sarsılmaz əzmi, dəstəyi, raketlərin hədəfi olmasına, əzizlərini itirməsinə baxmayaraq, mübarizə ruhunun sınmaması, əksinə ordunu daha da irəli səsləməsi, mərmilərin evlərini dəlmə-deşik etməsinə rəğmən, yaşadıqları yeri tərk etməməsi bizə elə güc verirdi ki, aclıq, susuzluq, yuxusuzluq, yorğunluq hiss etmirdik. Biz döyüşə milyonlarla girmişdik, qarşımızda düşmənin tab gətirməsi mümkün deyildi. Nəticədə vandalların 30 illik məğlubedilməzlik uydurmasına 44 gün ərzində son qoyduq. Ölkəmizdə minlərlə gənc cəbhəyə axışarkən, düşmən tərəfin gəncləri döyüşlərdən yayınır, müxtəlif yollarla gizlənirdilər. On səkkiz, on doqquz yaşlı Azərbaycan gənclərində olan mübarizə ruhu, Qələbə inamı onların yüksəkrütbəli zabitlərində belə yox idi. Odur ki, biz bir neçə ayın, bir ilin əsgərlərinin hansı şücaətləri göstərdiyinə dəfələrlə şahid olduq. Gənclərimizin ömürlərinin ilk baharında müdafiəsinə qalxdıqları Vətən torpağına qarışması, neçə-neçə qəhrəmanımızı itirməyimizə kədərləndiyimiz qədər onlarla qürur duyuruq.

Bunu Vətən müharibəsi qazisi, mayor Arif Yusubov deyib.

Yusubov Arif Əli oğlu 1990-cı il sentyabrın 6-da Mingəçevir şəhərində anadan olub. Kiçik yaşlarından hərbi sahəyə olan sevgisinin ardınca gedən Arif əvvəlcə C.Naxçıvanski adına Hərbi Liseyi, ardınca isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Kapitan rütbəsinə qədər yüksələn və ilk vacib sınağında - Aprel döyüşlərində şücaəti ilə seçilənlər arasında olan Arif Yusubov əsl imtahanı Vətən müharibəsinin döyüş meydanlarında yaşayır. Mingəçevirdə N saylı hərbi hissənin qərargah rəisi olan kapitanın Vətən müharibəsində döyüş yolu Tərtərin Talış kəndi, Suqovuşan qəsəbəsi, o cümlədən Ağdərə istiqamətindən keçib. Döyüşlər zamanı düşmənin xeyli canlı qüvvəsini məhv etməyə nail olub. Əvvəlcə Talış kəndində, sonra isə Suqovuşanda yaralanan tank batalyonunun komandiri Arifin sonuncu yarası ona mübarizəni davam etdirməyə imkan vermir. Ordu sıralarından mayor rütbəsi ilə tərxis olunan Arif Yusubov ölkə başçısının sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Mayor Vətən müharibəsində döyüşləri belə xatırlayır: "2020-ci il sentyabrın 27-də səhər saatlarında düşmənin təxribatlarına qarşılıq olaraq bütün cəbhəboyu istiqamətlərdə əks-hücuma keçmək barədə əmr aldıq. Həmin əmri neçə illərdir səbirsizliklə gözlədiyimdən, ürəyimcə oldu desəm, yanılmaram. Aprel döyüşləri zamanı düşmən nəyə qadir olduğumuzu az da olsa görmüşdü. Vətən müharibəsi isə bir başqa idi. Şuşaya qədər gedib çıxmağı hədəfləmişdik. Məqsədimizə ən yüksək səviyyədə və dünya hərb tarixində iz salacaq dərəcədə nail olduq. Mən də savaş meydanlarında sonacan mübarizə aparmaq, döyüşdüyüm bütün istiqamətlərdə düşməni ağır məğlubiyyətə uğratmaq istəyirdim. Döyüş meydanında qalibiyyət yaşasam da, təəssüf ki, aldığım yaralar sonacan getməyə imkan vermədi. Əvvəlcə Tərtər rayonunun Talış kəndində yaralansam da, mübarizəni davam etdirmək əzmində olduğumu gördüm. Həm də silahı belə tez yerə qoymaq istəmirdim. İkinci dəfə isə oktyabrın 7-də Suqovuşanda aldığım qəlpə yaraları əfsuslar olsun ki, mübarizəni dayandırmağımla nəticələndi. Lakin Talış kəndi və Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərin Zəfərini savaş meydanında yaşamağım mənə az da olsa təsəllidir. Döyüşlər zamanı gənclərimizin cəsarəti, mərdliyi, qorxmadan irəliləməsi sözün əsl mənasında sinəmi qabardırdı. Bizim gənclər Vətən eşqi ilə doğulub, vətənpərvərlik ruhunda böyümüşdülər. Onlar şəkillərini dərsliklərdə gördükləri, haqqında kitablarda oxuduqları ərazilərdə yeni tarixin təməlini qoydular. Döyüş meydanları əsl qardaşlıq, dostluq nümunələrinə şahidlik etdi: canı bahasına bir-birini xilas edənlər, şəhidi çiyninə alıb döyüş meydanından düşmənlə savaşa-savaşa çıxanlar, susuz olsa da suyunu, ac olsa da son tikəsini, üşüsə də qalın geyimini bir-biri ilə bölənlər... Zəfərin qüruru qədər şahid olduqlarımızın da təsiri ölənədək bizi tərk etməyəcək".

Mayorun döyüş yoldaşları onun savaş meydanında nümayiş etdirdiyi cəsarət, təkbaşına uğurla tamamladığı əməliyyatlar, batalyondakı hər bir hərbi qulluqçuya göstərdiyi qayğıdan ürək dolusu danışırlar.

Vətən müharibəsi qazisi Zakir İmanov deyib ki, mayor Arif Yusubov döyüşlər zamanı hər iki yaranı məhz silahdaşlarını pusqudan çıxararkən alıb: "Onda elə bir güc, elə bir taktik bacarıq var idi ki, təkbaşına girdiyi savaşdan da qalib ayrılırdı. Döyüş yoldaşları Talış kəndinin "Ağuçuq" yüksəkliyi ərazisində pusquya düşəndə onları təkbaşına çıxaracağını dedi və kimsənin arxasınca gəlməməsini tapşırdı. Yaralansa da, silahdaşlarını, əsgərlərini pusqudan çıxarmağa nail oldu. Yaralarını sarıyıb döyüşə davam etdi. Oktyabrın 7-də isə tanklarımızdan biri Suqovuşanda düşmən pusqusuna düşdü. Mayor Arif Yusubov tank batalyonunun komandiri kimi yenə də təkbaşına irəli atıldı. Qəfil arxadan hücum edib tankı heyətlə birgə pusqudan çıxarsa da, aldığı qəlpə yaraları döyüşləri davam etdirməsinə imkan vermədi. Onun simasındakı məyusluğu oxumamaq mümkün deyildi. Silahdaşlarını qorumaq üçün pusquları təkbaşına yarması onun döyüş yoldaşlarına, əsgərlərinə verdiyi dəyərin, onların canını öz canından daha üstün görməsinin bariz göstəricisi, təhlükə anında sinəsini qabağa verməsi əsl döyüşçüyə xas olan xüsusiyyət idi. Hər bir əsgərinə, silahdaşına xüsusi qayğı ilə yanaşması, yaralılar üçün keçirdiyi narahatlıq, şəhidlər üçün simasına çökən kədər və gözlərində alovlanan nifrət Arif Yusubovu batalyonun hər bir üzvünə sevdirdi. Elə bir döyüşçü ilə çiyin-çiyinə döyüşmək belə qürurvericidir"./Azertac


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1066   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel 2024
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel 2024