DƏHŞƏT! Putin nüvə müharibəsinə BAŞLAYACAQ

DƏHŞƏT! Putin nüvə müharibəsinə BAŞLAYACAQRusiyanın prezidenti Vladimir Putin üçün ölkənin şərqində nəhəng ölçüdə sığınacaq, bir neçə mərtəbədən ibarət bunker hazırlanması barədə xəbərlər gəlməyə başlayıb. Ya da sovet dövründə mövcud olmuş gizli strukturun bərpasından danışmaq olar.

Bu fərziyyəni mətbuata eksklüziv müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri olmuş ordu generalı Mikola Malomuj səsləndirib. "Sovet İttifaqı dövründə belə bir bunkerdə iki-üç ay yaşamaq olardı",- deyə o qeyd edib.

General bu qənaətə Rusiya hökumət təyyarələrinin martın 17-də Moskvadan Rusiya Federasiyasının şərqinə həyata keçirdiyi qəribə uçuşlar barədə məlumat əsasında gəlib.

O izah edib ki, Rusiya Federasiyasının bu regionunda sovet dövründə ölkə və ordu üçün gizli idarəetmə mərkəzləri tikilib. Əslində, onlar bütöv bir şəhər idi, yerin altında on metrlərlə dərinliyə gedir və avtonom enerji, rabitə, hava təmizləmə sistemi və s.

"Nüvə, kimyəvi, bakterioloji müharibə baş verərsə, onlar tamamilə bağlanaraq ətraf aləmdən təcrid olunur və oflayn rejimdə işləyirlər",- deyə Malomuj izah edib.

Sovet İttifaqı dövründən texnologiyaların xeyli irəlilədiyini nəzərə alaraq o, belə bir bunker-şəhərdə 2-3 ay deyil, daha uzun müddət, bir ilə qədər yaşamağın mümkün olduğunu ehtimal edib.

Xəbər verildiyi kimi, martın 17-də BBC-nin Rusiya xidməti Moskvadan ölkənin şərqinə 7 hökumət təyyarə reysinin qeydə alındığını bildirib. Onların əksəriyyəti təyinat yerində sadəcə, bir neçə dəqiqə ləngiyiblər.

Başqa bir versiya isə budur ki, Putin bu yolla Qərbi şantaj etmək istəyir. Yəni belə xəbərlərin yayılması Putinin öz istəyi ilə də ola bilər. Kreml rəhbəri belə bir görüntü yaratmaq istəyir ki, o, nüvə müharibəsinə hazırlaşır.

Amma bunun da asan olmayacağı Qərbin yüksək eşelonuna bəllidir. Ekspertlərin bildirdiyinə görə, nüvə müharibəsi heç də Putinin qırmızı düyməyə basması ilə başlaya bilməz. Rusiyanın nüvə silahından istifadə etməsi üçün qərar 7 mərhələdə icra olunmalıdır. Bütün bu mərhələlərdə yer alan heyətlərin bu qərarı sabotaj etməyəcəyini də əminliklə demək olmaz.

Həmçinin NATO-nun bu ssenariyə hazır olduğu məlumdur. Xarici medianın yazdığına görə, Rusiya nüvə hücumuna qərar verərsə, ölkənin nüvə infrastrukturu, xüsusən raketlərinin atış qurğularının çevik şəkildə sıradan çıxarılması üzrə əməliyyat planı hazırdır.

Rusiyanın tanınmış musiqiçisi Andrey Makareviç də öz sosial şəbəkə hesabında bu versiyadan qorxduğunu dilə gətirib: "Elə bilirsiniz, Putin nüvə müharibəsinə başlamaz? O, qərar veribsə, başlayacaq. Amma birinci atışdan sonra dünyanın qalan hissəsi 15 dəqiqə ərzində bizi (Rusiyanı – red.) Yer üzündən siləcək".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 5340   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel 2024
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel 2024