Ukrayna uzun müddət şəhər döyüşünə hazırlaşıb
Kiyevin ruslar tərəfindən qısa müddət sonra alınacağını düşünmürəm.
Bunu təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Eray Güclüər ölkə mətbuatına açıqlamasında deyib.
O qeyd edib ki, masanı meydanda baş verən proseslər formalaşdırır:
"Bu vəziyyətə görə də tərəflər bir-birlərinə diplomatik tələblərini çatdırırlar. Döyüşlərdə uğur əldə edənlər hər zaman üstündür".
Ekspert həmçinin qeyd edib ki, 2014-cü ildən bəri Amerika və İngiltərə xüsusi təyinatlı qüvvələri regiondadır:
"Onlar Ukraynanı şəhər müharibəsinə hazırlamaq üçün infrastruktur qurub. Ukrayna 2014-cü ildən bəri şəhər döyüşlərinə hazırlandı. Bir xalqın müqavimət göstərməsi, infrastruktur qurması üçün 1 il vaxt lazımdır. Deməli, bu, asan iş deyil. Ancaq gördüyünüz kimi, Ukrayna xalqı az bir vaxta bunu etdi. Biz bunları təkcə Kiyevdə deyil, Xarkovda, Sumda Mariupolda da görürük. Burada prosesləri yüksək ağıl idarə edir və bu, təkcə Ukraynaya aid deyil. Bu müqaviməti dəstəkləmək üçün Avropa və ABŞ tərəfindən Ukraynaya hərbi texnikalar göndərilir".
Ekspertin sözlərinə görə, ordu, hakimiyyət, siyasi iradə və xalq birlikdə hərəkət etdiyi üçün ruslar dayanmalı oldu:
"Muzdlular məsələsinə gəldikdə, Rusiya Belarus, Serbiya və Suriyadan Ukraynanın müxtəlif məntəqələrinə əsgərlər gətirib. Digər tərəfdən isə ABŞ-ın nəzarətindəki Əfqanıstan və Yaxın Şərqdən gətirilən əsgərlər Ukrayna üçün döyüşür".
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1488 Tarix: 20 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI
İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə
31 mart 2024Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!
İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar
14 aprel 2024İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib
İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind
14 aprel 2024İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib
İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr
14 aprel 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024