Azərbaycan karateçiləri Xorvatiyadan 12 medalla qayıdır - FOTO
Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində 30-cu Qran Pri turnirini 12 medalla başa vurub.
Milli Karate Federasiyasının Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, yarışın son günündə 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü qızların mübarizəsində 49 kq çəki dərəcəsində çıxış edən Veronika Qaşnikova ikinci qızıl medalını qazanıb. Ramilə Heydərova isə 14-15 yaşlı yeniyetmələrin kata çıxışlarında bürünc mükafata sahib olub.
Qeyd edək ki, Qaşnikova 47 kq-da 14-15 yaşlı yeniyetmələr arasında, Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq) və Dadaş Abbasov (84 kq) isə 21 yaşadək gənclər arasında yarışın qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (67 kq) ikinci yeri, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq) və Ayla Rzazadə (61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi 55 kq) üçüncü pilləni tutub.
Beləliklə milli komanda nüfuzlu turnirdən 5 qızıl, 1 gümüş və 6 bürünc medalla dönür. Onları 16-17 və 18-21 yaşlı gənclərdən ibarət yığmanın baş məşçqisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınlardan ibarət millinin baş məşqçisi Denis Morozov müşayiət edib.
Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov mötəbər yarışın referiləri arasında olub.
Qran Pri turnirində 33 ölkədən 1 769 idmançı iştirak edib.



Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 944 Tarix: 21 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr