ABŞ müsəlmanların soyqırımını tanıdı
ABŞ dövlət katibi Entoni Blinken Myanma ordusunun Rohinca xalqına qarşı soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəlib.
"ABŞ Holokostdan əlavə yeddi soyqırımını tanıyıb. Bu da səkkizincisidir. Birma silahlı qüvvələrinin üzvləri Rohincalara qarşı soyqırım və insanlığa qarşı cinayətlər törədiblər", - deyə Blinken bildirib.
O, çoxsaylı misallar gətirərək Myanma hərbçilərini Rohincalara qarşı qırğınlarda, kəndlərini dağıdıb, sakinlərə işgəncə verməkdə, zorlamaqda ittiham edib.
Blinken, həmçinin onilliklər ərzində Rohincaların hüquqların məhdudlaşdırılması, ayrı-seçkilik, ana dilində televiziya və radio yayımının dayandırılmasından da danışıb.
Qeyd edək ki, Rohincalar Myanmanın Rakhayn əyalətində yaşayan müsəlman etnik benqallardır. Onlar 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Britaniya müstəmləkəçi hakimiyyəti tərəfindən oraya köçürülmüş benqalların nəsilləridir. Rohincaların əksəriyyətinin Myanma vətəndaşlığı yoxdur. Belə ki, onlar 100 ildən çox Rakhayn əyalətində yaşamalarına baxmayaraq, bu ölkədə qeyri-qanuni miqrant sayılırlar.
Rohincaların Myanmadan qaçışı 2012-ci ildə bölgənin yerli sakinləri ilə dini və etnik zəmində toqquşmalardan sonra başlayıb. 2017-ci ildə 700.000-dən çox Rohinca Rakhayn əyalətini tərk edərək hələ də qaçqın düşərgələrində yaşadıqları Banqladeşə pənah aparıblar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1387 Tarix: 22 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
28 oktyabrABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı
28 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabrBuzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26 oktyabrQlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28 oktyabrTramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik
28 oktyabr