Çindəki təyyarə qəzasında 10 saniyəlik sirr - YENİ DETALLAR + VİDEO
Çinin cənubunda dünən baş verən təyyarə qəzası ilə bağlı yeni təfərrüat üzə çıxıb.
Mütəxəssislər hesab edirlər ki, hündürlüyün itirilməsi ilə G-qüvvəsi ekipajı sıradan çıxarıb və pilotlar huşlarını itiriblər:
"10-20 saniyə arasında pilotlardan biri və ya hər ikisi özünə gələrək təyyarəni qəzadan xilas etməyə çalışmış ola bilər".
Məlumatlar göstərir ki, təyyarə düşmə anında təxminən 10 saniyə dayanıb və qısa müddətə yenidən yuxarı qalxıb, daha sonra isə sürətlə enməyə davam edib.
Beynəlxalq ictimaiyyətə əks olunan təhlükəsizlik kamerası görüntülərində təyyarənin burnu istiqamətində çırpıldığı anlar həm aviasiya dünyasını, həm də ictimaiyyəti şoka salıb. Onun necə bu formada yerə düşməsi böyük çaşqınlığa səbəb olub.
Dağa çırpılan və böyük yanğına səbəb olan təyyarədəki sərnişinlərin və ekipaj üzvlərinin vəziyyəti ilə bağlı məlumat yoxdur.
Digər tərəfdən, uçuş məlumatlarında diqqətçəkici nəticələr ortaya çıxıb. Qəzaya düşən təyyarənin dəqiqədə bir neçə min fut aşağı enəcəyi gözlənildiyi halda, onun çox qısa müddətdə 30 min futdan çox aşağı endiyi qeyd edilib.
Qəzanın səbəbini öyrənmək üçün "qara qutu"nun axtarışları davam etdirilir.
Qeyd edək ki, Çin aviaşirkətə məxsus bütün "Boeing 737-800"lərin fəaliyyətinin dayandırıldığını bildirib.
Xatırladaq ki, bazar ertəsi "China Eastern Airlines" aviaşirkətinə məxsus "Boeing-737" sərnişin təyyarəsi Çinin Uçjou dairəsinin Ten rayonunda qəzaya uğrayıb və meşə yanğınına səbəb olub. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olmaqla, ümumilikdə 132 nəfər olub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu
İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat
Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar
Qızıl və gümüş ucuzlaşdı
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Bakıda yeni park salınır - Fotolar
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto