100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib

100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edibÖtən sutka ərzində 110-dan çox miqrant Belarus və Polşa sərhədini pozmağa cəhd edib.

Bu barədə bazar günü Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

"Martın 26-da rekord sayda - 116 nəfər Belarusdan Polşa ərazisinə qanunsuz daxil olmağa cəhd edib", - məlumatda deyilir.

Qeyd olunub ki, Narevka sərhəd zastavasında sərhəd xidmətinin əməkdaşları təqib və xəbərdarlıq atəşindən sonra nəzarət üçün dayanmayan Gürcüstan vətəndaşını saxlayıblar.

2021-ci ildə 39,7 min nəfər Polşa-Belarus sərhədini qanunsuz keçməyə cəhd edib. Bu ilin əvvəlindən bəri isə 2 minə yaxın cəhd qeydə alınıb.

Litva və Polşadakı miqrasiya böhranı ilə əlaqədar 2021-ci ildə sərhəddə fövqəladə vəziyyət tətbiq olunub, tikanlı məftillər ilə maneə xətti çəkməyə, Belarus ərazisindən qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün sərhəd mühafizəsini gücləndirməyə başlayıblar.

Belarus və Polşa sərhədində vəziyyət 2021-ci il noyabrın 8-də Yaxın Şərq ölkələrindən Avropa İttifaqına keçmək istəyən bir neçə min miqrantın Belarus tərəfdən sərhədə yaxınlaşması ilə daha da mürəkkəbləşib. Polşa rəsmiləri hadisəni sərhəddə böhran başlayandan bəri ən çətin an kimi qiymətləndiriblər./Report


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1200   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo

13 may 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart 2024
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024