Azərbaycan saytlarının Rusiyada bloklanmasına RƏSMİ REAKSİYA
Azərbaycana məxsus bir neçə sayta Rusiya ərazisindən giriş bloklanıb.
Sonxeber.az xəbər verir ki, Medianın İnkişafı Agentliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, obyektiv və balanslı xəbər istehsalçısı kimi yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da geniş auditoriyanın rəğbətini qazanmış Azərbaycanın nüfuzlu media subyektlərinə məxsus saytların ifadə azadlığına zidd olaraq bloklanması təəssüf doğurur.
"Hesab edirik ki, müasir dövrdə informasiya mübadiləsinə belə inzibati yanaşma Azərbaycanın media subyektlərinin peşəkar fəaliyyətinə təsir göstərməsə də, insanların balanslı və doğru informasiya təminatına mane olur.
44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələrin media quruluşlarının hərbi əməliyyatların gedişi və ölkəmiz haqda zərərli, sırf "qara" təbliğat xarakterli və əksər hallarda isə saxta məlumatlar yaymasına baxmayaraq, Azərbaycan media azadlığı prinsipinə sadiqlik nümayiş etdirərək, heç bir əcnəbi saytın və ya televiziya kanalının ölkə ərazisində yayımını bloklamadı. Bu gün də onların fəaliyyətinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmur.
Bu məsələdə qarşılıqlılıq prinsipinin rəhbər tutularaq, xarici ölkə tərəfindən Azərbaycan saytlarına qarşı tətbiq edilən bloklanmanın aradan qaldırılacağına ümid edirik", - agentlikdən vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1632 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabr