"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər?", "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir. Qadının yaşadığı ağrı, çəkdiyi əzab, məruz qaldığı haqsızlıq bir kənara qoyulur, əsas məsələ isə başqalarının nə düşünəcəyi olur. Sanki qadının öz həyatı üzərində qərar vermək hüququ yoxdur, sanki onun taleyi insanların dili ilə ölçülür. Ən dəhşətlisi isə odur ki, bəzən qadın boşanmaq üçün ərindən yox, öz valideynlərindən icazə almağa məcbur qalır. Ərinin xəyanətini, alçaldılmağı, bəzən də zorakılığı görən qadına "öləsən də, boşanmayacaqsan" düşüncəsi ilə yanaşmaq ailəni qorumaq deyil, insanın həyatını başqalarının hökmünə təslim etməkdir.

Sonra qadın öldürüləndə hamı faciədən danışır, amma ondan əvvəl qadının kömək çağırışlarına niyə məhəl qoyulmadığını, onu çıxış yolu axtarmaqdan kimin çəkindirdiyini soruşan az olur. Bir insanın həyatı camaatın söz-söhbətindən daha dəyərsizdirmi?
"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycan cəmiyyətinin problemi odur ki, qanun yalnız hadisə baş verəndən sonra işləyir, halbuki təhlükə yarananda da işləməlidir. Onun sözlərinə görə, hadisənin baş verməsinə zəmin yaradan səbəblərdən biri də, elə sadaladığınız ailə- məişət verilişləri də daxildir: "Belə ki, bu cür verilişlər insanların beynində zorakılığı normallaşdıran psixoloji mexanizmi işə salır. Qadın yalnız döyüldükdən, xəsarət aldıqdan və ya ağır psixoloji travma keçirdikdən sonra müdafiə axtarmağa məcbur qalmamalıdır. Hüquqi müdafiə təhlükə yaranan andan əlçatan olmalıdır. Ailədə baş verən şiddət, zorakılıq, psixoloji basqı çox zaman hüquq tərəfindən " ailənin şəxsi məsələsi" kimi qəbul olunmasıdır. Söhbət insanın fiziki təhlükəsizliyindən, ləyaqətindən və hüquqlarından gedir. Əgər ölkədə bir qadın şikayət etməyə çəkinirsə, yaxud şikayət etdikdən sonra yenidən zorakılığa məruz qalacağından qorxursa, əgər onun gedəcək yeri yoxdursa, əgər ailəsi onu geri qayıtmağa məcbur edirsə, deməli, ölkədə müdafiə sistemi yalnız kağız üzərində mövcuddur. Valideyn qızına "boşanma, el nə deyər?" deyirsə, bu cür ənənə adı altında insanın hüquqları məhdudlaşdırılır. Heç bir ailənin nüfuzu insanın həyatından üstün deyil.

Qadın haqlarının önə çıxarılması və təbliğatı üçün, təhsildə uşaqlara kiçik yaşlarından öyrədilməlidir ki, mübahisə zorakılıq hüququ vermir, kişi olmaq üstünlük hüququ demək deyil və qadının sərhədlərinə hörmət etmək zəiflik deyil. Televiziya və radio verilişlərində sıx-sıx qadın haqlarının üstünlüyünə dair peşəkar standartlar hazırlanmalıdır. Nəhayət, cəmiyyət anlamalıdırlar ki, ailəni qorumaq qadını zorakılığa dözməyə məcbur etmək demək deyil.Televiziya verilişlərində istər qonaq qismində, istər vəkil və hüquqşünas kimi iştirak edən şəxslərin, eləcə də aparıcıların reytinq naminə provokativ mövzulara müraciət edərkən səsləndirdikləri fikirlərə ciddi nəzarət edilməlidir. "Qadın dözməlidir", "qadın dilini şirin etməlidir" kimi ifadələrlə qadını susmağa, haqsızlığa boyun əyməyə təşviq edən, qadına qarşı zorakılığı dolayı yolla normallaşdıran çıxışlara görə yüksək məbləğdə cərimələr nəzərdə tutulmalıdır. İctimai nüfuza malik şəxslər efirdə səsləndirdikləri fikirlərə görə məsuliyyət daşımalı, qadının ləyaqətini alçaldan və zorakılığı əsaslandıran ritorikaya qarşı aydın hüquqi və etik mexanizmlər tətbiq edilməlidir.

Qadına "dilini dinc saxla" deməklə cəmiyyət sakitləşmir. Sadəcə,haqsızlığın səsi kəsilir. Azərbaycan cəmiyyətində ən qəribəsi odur ki, qadın öldürüləndə, qadına qarşı şiddət olanda, niyə qadından səbir, güzəşt və susmaq tələb edilir, amma zorakılıq edən şəxsdən öz davranışına görə məsuliyyət tələb etmək ikinci plana keçir? Bu cür hallar davam etdiyi müddətcə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması çətin olacaq. Çünki cəmiyyət hələ də ötən əsrlərin təfəkküründən və köhnəlmiş qaydalarından tam şəkildə uzaqlaşa bilmir. Qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə yanaşı, qadına qarşı zorakılığı normallaşdıran düşüncə tərzi də dəyişməlidir. Çünki inkişaf yalnız iqtisadi göstəricilərlə deyil, insan hüquqlarına, ləyaqətinə və azadlığına göstərilən münasibətlə ölçülür".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 224   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr