Ukraynadan təxliyə edilən kimsəsiz uşaqların ilk qrupu Türkiyəyə gətirilib
Ukraynadan Türkiyəyə təxliyə edilən kimsəsiz uşaqlardan ibarət ilk qrup Antalyaya gəlib.
Hava limanında uşaqları Ukraynanın səfiri Vasil Bodnar, onun həyat yoldaşı Katerina Bodnar və bu ölkənin Antalyadakı baş konsulu Emir Rüstəmov qarşılayıblar.
Uşaqların təxliyəsi ilə bağlı jurnalistlərə müsahibə verən səfir, yaradılan bu imkana görə, ilk növbədə, Türkiyə dövlətinə minnətdarlığını ifadə edib.
İlkin mərhələdə Ukraynadan təxliyə edilən kimsəsiz uşaqların Polşaya aparıldığını və oradan Türkiyəyə gətirildiyini deyən səfir ilk qrupa 159-u uşaq, 26-sı onların baxıcıları olmaqla, ümumilikdə 185 nəfərin daxil olduğunu bildirib.
V.Bodnar ikinci qrupu da gözlədiklərini və ümumilikdə iki minədək kimsəsiz uşağı müvəqqəti himayələrinə götürə biləcəklərini deyib.
Əvvəlcə otellərə yerləşdirilən uşaqlar sonradan onlar üçün ayrılmış xüsusi yerlərə köçürüləcək. Uşaqların Antalyaya gətirilməsinə və onların qayğısına qalınmasına Türkiyə dövləti ilə yanaşı, bir sıra ukraynalı iş adamları da kömək göstərirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1267 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya Ukrayna istehsalı olan uzaqmənzilli raketləri almağa hazırlaşır
Almaniya Ukraynada istehsal olunan "Bars" qanadlı raketlərini öz silahlı qüvvələri üçün almağa hazırlaşır. Bu addım Avropa ölkələrinin Ukraynanın müharibə zamanı əldə etdiyi hərbi texnologiya təcrübəsindən istifadə etmək istəyinin artdığını göstərir. Financial Times nəşrinin məlumatına görə
26 oktyabrStubb Putindən sonra Zelenskiyə zəng vurub
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard
27 oktyabrQrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26 oktyabrBuzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26 oktyabr