Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə mümkün münaqişəyə hazırlayır
Almaniya Bundesverinin xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq keçir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bild" qəzeti briqada komandiri Andreas Künəyə istinadən məlumat yayıb.
Künenin sözlərinə görə, hazırlıq konkret rəqibə - Rusiyaya qarşı yönəlib. Hərbçilər uzunmüddətli əməliyyatlar keçirmək üçün təlimlərə cəlb olunur. Təlimlər zamanı tanklara, artilleriyaya, pilotsuz uçuş aparatlarına və radioelektron mübarizə vasitələrinə qarşı fəaliyyət, eləcə də kəskin soyuq şəraitdə əməliyyatların aparılması məşq edilir.
Nəşrin məlumatına görə, bölmədə təxminən 1 500 nəfər xidmət edir. Onların yalnız üçdə biri xüsusi təyinatlı hərbçilərdir, qalanları isə inzibati heyətdir. Ştat komplektləşdirilməsi 70-80 faiz səviyyəsindədir.
"Bild" xatırladır ki, həmin bölmə əvvəllər sağçı ekstremistlərlə bağlı insidentlər, nasist salamları, eləcə də sursatların itməsi və hərbçilərdən birinin yanında silah-sursat və partlayıcı maddələrin aşkar edilməsi kimi qalmaqallarda hallanıb.
Moskva isə Rusiyanın NATO ölkələrinə hücum etmək planlarının olması barədə iddiaları dəfələrlə təkzib edib. Rusiya prezidenti Vladimir Putin Qərb siyasətçilərinin bu cür bəyanatlarını əhalini qorxutmaq və hərbi xərclərin artırılmasına haqq qazandırmaq cəhdi kimi qiymətləndirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da NATO-nun sürətli hərbiləşmə yolunu tutduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın "təhlükə" kimi təqdim edilməsi alyans üzvlərinin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq qərarını əsaslandırmaq üçün istifadə olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 234 Tarix: 27 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu
Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla
27 oktyabrHusilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum elan etdilər
Yəmənin Ənsar Allah hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hücum etdiklərini iddia edirlər. xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya bildirib ki, "Şərq və qərb istiqamətlərində xam neft vuran nasos stansiyalarına pilotsuz təyyarələr zərbələr
26 oktyabrTürkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 6
27 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabrTramp İranı ABŞ-la münaqişəyə başlamaqda günahlandırır
ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib. xəbər verir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı". Amerika lideri bir daha Tehranı
27 oktyabrFilippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand
25 oktyabr