Azərbaycanda maska tələbi və COVID pasportu nə vaxt ləğv ediləcək? - AÇIQLAMA
Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da maska və COVID pasportu tələbləri qüvvədə qalıb. Vətəndaşlar maskasız və peyvənd sənədi olmadan qapalı məkanlara daxil ola bilmirlər.
BAKU.WS xəbər verir ki, mövcud durumda ölkədə maska və COVID pasportu ilə bağlı yumşalmaların olması gündəmə gəlib.
Sosial şəbəkələrdə müzakirələr zamanı da insanlar bu məhdudiyyətlərin nə zaman ləğv ediləcəyini müzakirə edirlər. İnsanları düşündürən suala cavab tapmaq üçün millət vəkili Fazil Mustafaya müraciət etdik. Deputat BAKU.WS-ə bildirib ki, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyil:
"Koronavirus kifayət qədər mədəni hadisədir. Cəmiyyətin bu prosesi birlikdə və mədəni komponent üzərindən gerçəkləşdirmə məsələsidir. Azərbaycanda artıq yaslar və toylarla bağlı qadağa yoxdur. 5 il bundan qabaq dünyasını dəyişən üçün də yas mərasimi keçirilir. Hamı dolur bir məkana və saatlarla əvvəlki qayda ilə orada otururlar.
Etiraf edim ki, bizi ya inzibati məsuliyyət, ya da ilahi və ya təbii məcburiyyətlər özümüzü qorumağa yönəldir. Mütləq xəstəlik olmalıdır ki, qorxudan özümüzü qoruyaq. Pandemiya dövründə tədbirlər az sayda insanın iştirak ilə baş tuturdu. Hazırda həm toylar, həm də yaslarla bağlı əvvəlki vəziyyətə qayıtmışıq. Bu o, deməkdir ki, biz sadələşməni sevmirik.
Belə tezliklə müəyyən qadağaları ləğv etmək ölkəmiz üçün yenidən ağır nətiəclərə səbəb ola bilər. İnsanlarımız elə düşünürlər ki, hər şey bitib və keçmişdəki adətlərə qayıtmaq olar. Buna görə, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyiləm. Əks təqdirdə yenidən ölkəmizdə yoluxma sayında artım müşahidə oluna bilər.
Fikrimcə, yaslar və toylar davam etdikcə yoluxma daha da artacaq. Qarşıdan Ramazan ayı gəlir və bu müəyyən məsələləri səngidə bilər. Digər tərəfdən Ramazan ayında da qaydalara riayət etməyənlər olur.
Bütün bunlar fonunda nəzərə almaq lazımdır ki, hazırda Ukraynada aclıq hökm sürür və Rusiyada isə iqtisadi vəziyyət ağırlaşıb. Başa düşmək lazımdır ki, artıq Ukrayna və Rusiyadan ərzaq gəlmir. Buna görə, ərzaq bahalaşması ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5082 Tarix: 28 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabr