Bakının mərkəzindəki stadion yeni kluba verilir

Bakının mərkəzindəki stadion yeni kluba verilir"Sabah" klubu növbəti mövsümdən ev oyunlarını "ASK Arena"da keçirəcək.

"Report"un əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi "Bank Respublika Arena"nı tərk edərək, yeni məkana üz tutacaq. Onlar Bakının mərkəzindəki stadionda "Keşlə"ni əvəzləyəcək. "Keşlə" isə tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.

Klubun Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Report"a açıqlamasında məsələdən xəbərsiz olduğunu söyləsə də, "ASK Arena"ya köçməyə müsbət yanaşdığını bildirib: "Düzü, bunu bilmirdim. "ASK Arena"nı götürmək imkanımız olsaydı, bu, əlbəttə, super olardı. Niyə də yox"?!

Veteran futbolçunun sözlərinə görə, "ASK Arena"nın süni örtüklü olmasında problem yoxdur: "Kobud desək, onu ot örtüyü ilə dəyişmək olar (gülür). Əsas məsələ odur ki, orada infrastruktur, mehmanxana, mətbəx, əsas və uşaq komandalarının məşq meydançaları var. Bunlar akademiyası olan klub üçün böyük əhəmiyyət kəsb edir. Amma biz gah öz meydanımızda, gah "Neftçi"nin bazasında, gah da digər məkanlarda məşq edirik. Buna görə də "ASK Arena"ya köçməyimiz əla olardı. Lakin hələlik bu, yoxdur".

Ponomaryov "ASK Arena" ilə müqayisədə, hazırda məskunlaşdıqları "Bank Respublika Arena"nın yüksək imkanlarının olmadığını vurğulayıb: "Stadionumuzun iki normal meydançası var, üçüncüsü isə pis vəziyyətdədir. Orada "Sabah-2", ikinci meydançamızda əsas komandamız məşq edir. Əsas meydançamız isə yalnız oyunlar üçündür. Yəni, bu gün elə də böyük imkanlarımız yoxdur. Lakin olanımız da yaxşıdır. Məsələn, mən razıyam. Əsas və ehtiyat meydanımız var, bu meydanlarda əsas, ikinci və yeniyetmələrdən ibarət komandalarımız məşq edə bilər ki, bunlar da çox yaxşı haldır".
Bakının mərkəzindəki stadion yeni kluba verilir"Sabah" rəsmisi hər hansı bölgəni təmsil etməyin planlarında olmadığını da diqqətə çatdırıb: "Harasa getmək üçün ya orada infrastruktur olmalı, ya nə isə etmək lazımdır. Biz hazırda Masazırdayıq, "Bank Respublika Arena" bizim stadionumuzdur. Hələlik bu barədə heç nə deyə bilmərik. Təbii ki, kimsə nə isə danışır, nə isə axtarır, nəyisə məsləhət görür. Bunların hamısı mümkündür. Lakin bu gün Masazırda "Bank Respublika Arena"dayıq".

Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən və hazırda "ASK Arena" adlanan stadionu AFFA "Termist" adlı idman qurğusunun əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub və yenidənqurma işləri 4,5 milyon ABŞ dollarına başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub. Əsas meydançada milli çempionatın ilk dövrəsində "Olimpik" klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna (hazırkı "Keşlə) 4,25 milyon manata satılıb. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək "İnter" klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib. 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada "Keşlə" komandası ev oyunlarını keçirib. Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti "ASK İdman Kompleksi" MMC-dən alınaraq "ASK Əmlak" MMC-yə verilib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1420   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF

23 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr