Kartof və soğan niyə bahalaşıb? - AÇIQLAMA
Son günlər ölkəmizdə kartof və soğanın qiymətində artım müşahidə edilir.
Bir neçə gün öncəyə kimi kiloqramı 50-55 qəpik olan soğan hazırda marketlərdə 1 manatdan baha satılır. Həmçinin kartof qiymətlərində də bahalaşma özünü göstərir.
Bəs bahalaşmaya səbəb nədir?
Redaktor.az-ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, bahalaşmanın səbəbi yerli məhsulun hələ yetişməməsidir:
"Mənə elə gəlir ki, logistikanın bahalaşması və daşınma xərclərinin artmasına görə xaricdən, əsasən də Türkiyədən gətirilən məhsulların qiymətində müəyyən dəyişiklik ola bilər. Yerli məhsulların indi bazarda olmadığını nəzərə alsaq, daha çox xaricdən gətirilən məhsullardan istifadə olunur. Çox güman xaricdən gətirilən məhsulların həm topdan satış qiyməti, həm logistik qiymətlərində bahalaşma var deyə, ölkədəki satış qiymətlərinə də bahalaşma yönündə təsir göstərir. Qiymət artımının səbəbi bu ola bilər".
Ekspert bildirdi ki, belə sərt qiymət artımı varsa, müvafiq qurumlar bununla bağlı tədbirlər görməlidir:
"Heç olmasa yay aylarına, yəni yerli məhsullar bazara çıxana, müəyyən bolluq yaranana qədər üç aylıq gömrük rüsumu və əlavə dəyər vergisi bu məhsullardan ləğv edilməlidir ki, qiymətlər belə sürətlə bahalaşmasın və bazarda sabitlik yaransın. Çünki kartof və soğan əsasən aztəminatlı ailələrin gündəlik tələbat malıdır və onların büdcəsinə çox ciddi təsir göstərir".
Natiq Cəfərlinin sözlərinə görə, bu il dünyada baş verən proseslərin də bahalaşmaya təsiri var.
"Yerli məhsulların çıxmasına bir neçə ay qalmış hər il belə problemlərlə qarşılaşırıq. Çünki bizim yerli məhsulları uzun zaman saxlamaq üçün infrastrukturumuz, yəni soyuducular, saxlama yerlərimiz azdır. Amma indi dünyada baş verən proseslər - ərzaq indeksinin yüksəlməsi, qiymətlərin dünyada da bahalaşması da üzərinə gələndə yerli bazarda tələbat məhsullarının qiymətində bu dərəcədə yüksək səviyyəli artım müşahidə olunur. Bu da aztəminatlı ailələrə çox pis təsir göstərən amildir", - deyə iqtisadçı ekspert bildirdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2556 Tarix: 29 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabr