Polis ölümlə hədələnən şəxsləri necə qoruyur? - AÇIQLAMA
Cəmiyyətdə tez-tez müxtəlif səbəbdən yaranan mübahisəli məsələllər eşidirik. Hətta mübahisə zəminində kiminsə əsəbdən "səni öldürəcəm" deyə ifadə səsləndirdiyi də olub. Bu ifadələr bəzən gerçək, bəzən isə sadəcə qorxu yaratmaq məqsədi daşıyır.
Lakin bütün hallarda bir şəxsin digərini ölümlə hədələməsi onun hüquqlarını pozmaq kimi qiymətləndirilir. Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə daxil olan şikayətlər arasında ölümlə hədələr də var. Bəs görəsən bu kimi hallarda hansı tədbirlər görülür?
Ölümlə hədələnən şəxslər hansı müddətdə və hansı formada hüquq mühafizə orqanları tərəfindən müdafiə olunurlar?
Bununla bağlı Oxu.Az-ın sorğusunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb.
O bildirib ki, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir:
"Hər bir müraciət məzmunundan, ictimai təhlükəlik dərəcəsindən asılı müvafiq olaraq, Baş İdarə, idarə, şöbə və bölmələrə araşdırılması üçün yönəldilir. Ölümlə təhdid edilmə faktı realdırsa, təsdiqini tapırsa, həmin şəxs dərhal mühafizəyə götürülür. Elə müraciətlər var ki, burada zaman məfhumu nisbidir, çünki çevik müdaxilə tələb olunduğu üçün dərhal qeydiyyata alınmaqla icraata başlanılır.
İcraat prosesində öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduqda toplanmış materiallar aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməklə müraciət müəlliflərinə bu barədə məlumat verilir. Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin başlanmasına zəmin yarada bilər.
Hər bir halda müraciətlərə baxılmasının nəticələri və bununla bağlı qəbul olunan qərarlar haqqında müraciət müəlliflərinə qanunla müəyyən edilən müddətlərdə cavablar verilir. Əgər müraciətə baxılmayıbsa və niyə baxılmayıb, yaxud rədd edilibsə cavabda bunun səbəbləri göstərilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1241 Tarix: 29 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabr