Nazir müşaviri sudan ödənişli istifadə qaydalarını açıqlayıb

Nazir müşaviri sudan ödənişli istifadə qaydalarını açıqlayıbÖlkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir.

BAKU.WS xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, bu günədək ölkəmizdə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi.

"Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş "Sudan ödənişli istifadə Qaydaları" Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb.

Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir.

Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək".

R.Səttarzadənin sözlərinə görə, eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq.

"Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir".

Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib.

Onun sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

"Qeyd edək ki, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi ödənişsiz olacaq".

R.Səttarzadə suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1023   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl

7 may
.

"Bu cür laqeydlik gələcəkdə bullinq kimi mənfi halların artmasına münbit şərait yaradır" - AÇIQLAMA

Məktəblərdə fəaliyyət göstərən psixoloqların şagirdlərlə yetərincə maraqlanmaması, onların psixoloji vəziyyətini izləməməsi və mütəmadi söhbətlər aparmaması valideynlər arasında ciddi narahatlıq yaradır. Valideynlər hesab edir ki, xüsusilə yeniyetmə yaş dövründə olan uşaqlarla psixoloqların daha sı

8 may
.

Rasim Balayevin ölümündən 40 gün ötür

Bu gün mərhum sənətçi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, mərasim Heydər Məscidində baş tutub. Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhu

7 may
.

Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...

"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas

7 may
.

Mayın 17-i 6 imtahan keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bir neçə imtahanın keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, bu barədə -a DİM-dən məlumat verilib. Qeyd olunub ki, əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrin

8 may
.

"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri

7 may
.

Stresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı

Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak

7 may
.

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstinta

7 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may