"Tarixi faktlar həmişə ermənilər tərəfindən təhrif olunub" - BƏYANAT

"Tarixi faktlar həmişə ermənilər tərəfindən təhrif olunub" - BƏYANATQubada keçirilən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Soyqırımı: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" adlı elmi-praktik konfransın iştirakçıları adından bəyanat qəbul olunub.

AZƏRTAC bəyanatı təqdim edir:

"Ermənilərin öz havadarlarına arxalanaraq son 200 ildə soydaşlarımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımları barədə reallıqlar, təkzibedilməz faktlar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasət nəticəsində daim beynəlxalq ictimaiyyətə çatdırılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz xidmətləri də aparıcı ölkələrdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda erməni uydurmalarını ifşa edir.

Məhz bunun nəticəsidir ki, tarixi yalanlar üzərində qurulmuş məkrli erməni siyasəti, erməni mifi darmadağın edilib, ermənilərin Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədli şəkildə köçürülməsi, zaman-zaman törədilmiş saysız-hesabsız cinayətlər, xüsusən 1905-1906, 1918, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, işğal, terror, deportasiya, soyqırımı aktları barədə əsl həqiqətlər dünya ictimaiyyətinə bəlli olub.

Aparılan araşdırmalar, təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar, respublikamızın müxtəlif bölgələrində aşkar olunan kütləvi məzarlıqlar erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edir. Beynəlxalq ictimaiyyətə o da yaxşı məlumdur ki, insanlıq əleyhinə xüsusi qəddarlıqla törədilmiş bu cinayətlərin qurbanları azərbaycanlılarla yanaşı, ölkə ərazisində yaşayan digər xalqların nümayəndələri də olublar.

Ermənistanın uzun illər boyu həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların tarixən yaşadıqları yer adlarının erməniləşdirilməsi, şəhər və kəndlərin, tarixi-mədəni abidələrin, məscidlərin, hətta qəbiristanlıqların dağıdılması faktları da dünyaya yaxşı bəllidir. 44 günlük Vətən müharibəsi zamanı bir neçə dəfə bölgələrə səfər edən xarici ölkələrin diplomatik korpusunun nümayəndələri də erməni vəhşiliyinin canlı şahidi oldular. Lakin əksər beynəlxalq qurumlar, aparıcı ölkələr bu cinayətə adekvat reaksiya vermək əvəzinə, Azərbaycana təzyiq göstərməyə, müharibənin əsl mahiyyətini təhrif etməyə, Ermənistanı düçar olduğu məğlubiyyətdən qurtarmağa çalışdılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, 200 il davam edən işğalçılıq siyasətinə son qoyaraq bizə qalib dövlət, qalib xalq adını və tarixi Zəfəri qazandırdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrasına nail oldu, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Xalqımızın müqəddəs amalının gerçəkləşdirilməsində qardaş Türkiyə, Pakistan və bir sıra dost ölkələrin mənəvi dəstəyi qan yaddaşımızdan heç vaxt silinməyəcək.

Xalqımıza qarşı aparılan soyqırımı siyasətinə uzun müddət siyasi-hüquqi qiymət verilmədiyi üçün tarixi faktlar həmişə ermənilər tərəfindən təhrif olunub. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə ilk dəfə siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib.

Cəzasızlıq yeni cinayətlərə yol açır. Erməni daşnaklar tərəfindən törədilmiş soyqırımı aktları təkcə xalqımıza qarşı deyil, həm də insanlıq əleyhinə həyata keçirilmiş ümumbəşəri cinayətlər olduğu üçün beynəlxalq hüquqa əsaslanan adekvat yanaşma tələb edir. İnanırıq ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər bundan sonra da öz bəhrəsini verəcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Tam əminik ki, Azərbaycan bundan sonra da müasir çağırışlara, milli maraqlara və ictimai-siyasi münasibətlərin mahiyyətinə, xarakterinə tam adekvat olan strateji yola sadiq qalaraq tarixin bütün sınaqlarından həmişə üzüağ çıxacaq, davamlı inkişaf yolu ilə qətiyyətlə irəliləyəcəkdir. Hakim Yeni Azərbaycan Partiyasının üzvləri də bu istiqamətdə üzərilərinə düşən vəzifələri məsuliyyətlə və şərəflə yerinə yetirəcək, milli tərəqqiyə mühüm töhfələr verəcəklər.

Bəyanat Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş "Soyqırımı – ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda konfransda qəbul edilmişdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 918   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr