Avropa çempionatı: İki güləşçimiz erməni rəqibinə qalib gələrək finala çıxdı – YENİLƏNİB

Avropa çempionatı: İki güləşçimiz erməni rəqibinə qalib gələrək finala çıxdı – YENİLƏNİBAzərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.

Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb.

Eldənizin ardınca daha bir güləşçimiz, 63 kq-da çıxış edən Taleh Məmmədov da yarımfinal görüşünü keçirib.

Bu dəfə də rəqib erməni idmançı olub.

Hraçya Poqosyanı məğlub edən pəhləvanımız adını finala yazdırıb.

O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1.

16:59

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 4 yunan-Roma güləşçimiz yarımfinala yüksəlib.

Oxu.Az xəbər verir ki, Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib – 8:0. Eldəniz yarımfinalda Rudik Mkrtçyanla (Ermənistan) üz-üzə gələcək.

Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub – 5:1. Taleh yarımfinalda Qraçya Poqosyanla (Ermənistan) qarşılaşacaq.

Sənan Süleymanov (77 kq) 1/8 finalda rumıniyalı İlye Kojokariyə heç bir şans tanımayıb – 9:0. Süleymanov növbəti mərhələdə dünya çempionu Malxas Amoyanla (Ermənistan) gərgin keçən görüşdə minimal fərqlə (5:6) uduzub.

İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz 1/4 finalda dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurab Datunaşviliylə (Serbiya) gərgin keçən mübarizədən 5:3 hesablı qələbəylə ayrılaraq adını yarımfinala yazdırıb. İslam final yolunda Niku Ojoqu (Rumıniya) sınağa çəkəcək.

Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbəylə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixail Vişnevitskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki 1/4 finalda David Ovasapyanı (Ermənistan) 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, üçqat olimpiya medalçısı Rıza Kayaalpla (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

10:18

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə yarışlara start veriləcək.

Oxu.Az-ın xəbərinə görə, bu gün 10 güləşçimizdən yarısı – 5-i mübarizəyə qoşulacaq.

55 kq. Eldəniz Əzizli – Denis Mihay (Rumıniya)/Stefan Qriqorov

63 kq. Ahmet Uyar (Türkiyə)/Kristian Keçkemeti (Macarıstan) – Taleh Məmmədov

77 kq. Sənan Süleymanov – İlye Kojokari (Rumıniya)

87 kq. Matey Mandiç (Xorvatiya) – İslam Abbasov

130 kq. Beka Kandelaki – Mixail Vişnevitski (Ukrayna)

Həmçinin bu gün qadın güləşçilərimizdən Elis Manolova (65 kq) final görüşünə çıxacaq. Azərbaycana Avropa çempionatında yeganə medalı qazandıran Bolqarıstan əsilli idmançımızın rəqibi Tatyana Rijko (Ukrayna) olacaq. Bu, Elisin dördüncü qitə çempionatının finalıdır. O bu gün qalib gəlsə, ikinci dəfə Avropa çempionluğunu qeyd edəcək, məğlub olsa, üçüncü dəfə gümüş medalla kifayətlənəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1361   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF

23 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr