Soçi-Moskva reysinin müəmmalı sərnişini – O, niyə həmişə Putinin yanında olmalıdır?

Soçi-Moskva reysinin müəmmalı sərnişini – O, niyə həmişə Putinin yanında olmalıdır?Putinin səhhəti ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Buna səbəb dəfələrlə Moskvadan Soçiyə uçan müəmmalı sərnişin barədə məlumatlar olub. İddialara görə, Rusiya prezidentinin yanında daim qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış cərrah olur. Bu barədə Rusiyada müxalif nəşrləri ilə tanınan "Proekt" media orqanı yazı dərc edib.

Müxalifət mediasının xəbərlərində yer alan iddialara görə, Moskvada xəstəxanada çalışan Yevgeni Selivanov adlı mütəxəssis həkim Rusiya prezidentinin səhhətini yoxlamaq üçün ən azı 35 dəfə Moskvadan Soçiyə uçub. "Proekt" media orqanı qeyd edib ki, Putinin qalxanabənzər vəzi xərçənginə tutulması ilə bağlı ciddi məlumatlar var: "Rusiya prezidentinin hazırda səhhəti ilə əlaqəli narahatlıqları var".

Həmçinin qeyd olunub ki, Vladimir 2020-ci ildə Milli Endokrinologiya Tibbi Araşdırmalar Mərkəzinin rəhbəri İvan Dedov ilə görüşüb və burada qalxanabənzər vəzi xərçəngi, xərçəngin qarşısını alan dərmanlarla bağlı məsələlər müzakirə edilib. Son illərdə Rusiya liderinin münasibətində dəyişikliklərin olduğu və bu dəyişikliyin onun yaxın ətrafı tərəfindən də diqqət çəkdiyi bildirilib. Putinin 2012-2021-ci illər arasında gündəlik proqramlarını son anda ləğv etdiyi və ən azı 5 dəfə yoxa çıxdığı da vurğulanıb. Rusiya liderinin son zamanlar insanlar arasında məsafə saxlamasının arxasında xəstəlik qorxusunun olduğu qeyd olunub.

Xatırladaq ki, Putinin son görüşlərində, xüsusən də Fransa lideri Makronla görüşündə qonaqlarından uzaqlaşması tez-tez gündəm olub. Onun əvvəllər xərçəng olması xəbəri Kreml tərəfindən təkzib edilib. Daim kameralar önündə güclü və sağlam lider mesajı verən Putinin səhhəti ilə bağlı bir çox iddialar hələ ki, təsdiqini tapmayıb./Sfera


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1494   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək

27 oktyabr
.

İordaniyada pravoslav kilsəsinə hücumla bağlı üç şübhəli həbs edilib

"Əl-Məmləka" televiziyasının verdiyi məlumata görə, İordaniya Karak bölgəsindəki Əl-Hamuda Pravoslav Kilsəsinə edilən hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri həbs edib. xəbər verir ki, nəşr bildirir ki, "Təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində ixtisaslaşmış istinta

26 oktyabr
.

Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb

Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand

25 oktyabr
.

Pezeşkian Rusiyaya gedir

İran Prezidenti Məsud Pezeşkian bu gün Rusiyaya səfər edəcək. "Qafqazinfo" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran liderinin Moskvada Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv ölkələrin sammitində iştirakı gözlənilir. Pezeşkianın səfəri bir gün davam edəcək

26 oktyabr
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27 oktyabr
.

İsraildə parlament seçkiləri: Netanyahu hakimiyyətdə qala biləcəkmi?

İsraildə keçirilən parlament seçkilərində əsas mübarizə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası ilə müxalifət qüvvələri arasında gedir. Seçkilərin nəticəsi ölkədə hakimiyyətin gələcəyini, yeni hökumətin formalaşmasını və İsrailin təhlükəsizlik siyasətinin istiqamətini müəyyənləşdir

27 oktyabr
.

The Wall Street Journal: "ABŞ Çinin gəmiqayırma üstünlüyünü azaltmaq üçün Cənubi Koreyaya üz tutur"

ABŞ gəmiqayırma sənayesini yenidən gücləndirmək üçün Cənubi Koreyanın texnologiyasından və sərmayəsindən yararlanmağa çalışır. The Wall Street Journal-a istinadən xəbər verir ki, Vaşinqton bu sahədə Çindən ciddi şəkildə geri qalır və mövqeyini bərpa etmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duyur

26 oktyabr
.

Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir

27 oktyabr
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26 oktyabr