Putinin dəbdəbəli aksesuarları: "O, bunun üçün 6 illik maaşını avans alıb"

Putinin dəbdəbəli aksesuarları: "O, bunun üçün 6 illik maaşını avans alıb"Rusiya ilə Ukrayna arasında gedən müharibənin 5-ci həftəsində Britaniya mediası Rusiya lideri Vladimir Putinin dəbdəbəyə olan marağının təfərrüatlarını açıqlayıb.
Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, İngiltərənin nüfuzlu qəzeti "The Times" Putinin zənginlik və dəbdəbəyə olan marağının uzun illərdir davam etdiyinə diqqət çəkib.

Məqalədə qeyd olunur ki, Kreml Rusiya prezidentini xalqın adamı kimi qələmə verir, amma o, aclıq həddində yaşayan 16 milyondan biri deyil.
Putinin dəbdəbəli aksesuarları: "O, bunun üçün 6 illik maaşını avans alıb"Qəzet yazır ki, ötən həftələrdə Moskvanın "Lujniki" arenasında keçirilən mitinqdə Putinin geyindiyi "Loro Piana" markalı italyan gödəkçəsinin qiyməti təxminən 13 min dollar olub. Rəsmi məlumatlara görə isə, Rusiyada prezidentin ortalama maaşının 8 min 200 dollar olduğu da vurğulanıb.

"6 illik maaşını avans alıb"

Qəzet 2015-ci ildə Qırmızı Meydanda güllələnərək öldürülən müxalifətçi Boris Nemtsovun Putinin villaları, çoxlu təyyarələri, dəbdəbəli saatları və bahalı avtomobil parkı olduğunu yazdığına diqqət çəkib. Onun vəzifəyə gəldiyi 2000-ci ildən bəri Rusiyanın müxtəlif bölgələrində ən az 20 dəbdəbəli evi olduğu bildirilir. Həmçinin, "İlyuşin II-96" tipli şəxsi təyyarəsində idman zalı və 65 min dollar dəyərində qızılla örtülmüş tualetlər olduğu iddia edilir.
Putinin dəbdəbəli aksesuarları: "O, bunun üçün 6 illik maaşını avans alıb"Qəzet eyni zamanda, Nemtsovun o vaxt "Bu pullar vergi ödəyicilərindən gəldiyi üçün onun vecinə deyil" şərhinə və digər müxalifətçi Aleksey Navalnin də Putinin 439 min dollarlıq saat istifadə etdiyinə də istinad edib. Hazırda həbsdə olan Navalni bu məbləğin Putinin 6 illik maaşına bərabər olduğunu deyib: "O, platin korpus "A Lange & Söhne" markalı saatı taxır. Yəqin ki, o, növbəti 6 ilin avansını istəyib və hamısına saat alıb".

Rəsmi məlumatlara görə, Putin prezident vəzifəsindən ildə 121 min dollar qazanır. Ötən il rusiyalı müxalifətçi Navalni Qara dəniz sahilində Putinə özəl dəbdəbəli və qorunan nəhəng villanın tikildiyini açıqlamışdı. Villada qızılla örtülmüş tualet fırçası və tualet kağızı tutacağının olduğu iddia edilsə də, Putin bu iddiaları təkzib etmişdi.

"Forbes" jurnalı da Putinin sərvətini "dünyanın ən mürəkkəb sərvət mənbəyi" kimi şərh edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1332   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Amerikalı Nostradamus"dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Nostradamusun proqnozlarını araşdıran amerikalı Con Houq 2028-ci ilə qədər dünyada nüvə münaqişəsi və ABŞ-da ciddi iqtisadi böhran baş verə biləcəyini iddia edib. Bizim.Media xəbər verir ki, onun fikirləri UNIAN-ın "The Economic Times" nəşrinə istinadən yaydığı materialda yer alıb. Houqun iddiasın

26 oktyabr
.

İordaniyada pravoslav kilsəsinə hücumla bağlı üç şübhəli həbs edilib

"Əl-Məmləka" televiziyasının verdiyi məlumata görə, İordaniya Karak bölgəsindəki Əl-Hamuda Pravoslav Kilsəsinə edilən hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri həbs edib. xəbər verir ki, nəşr bildirir ki, "Təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində ixtisaslaşmış istinta

26 oktyabr
.

ABŞ Hindistanla münasibətlərdə yeni mərhələyə keçir: Trampın siyasəti Dehlini narahat edir

ABŞ dövlət katibi Marko Rubionun Hindistana son səfəri Vaşinqtonla Dehli arasında münasibətlərin gələcəyi ilə bağlı müzakirələri gücləndirib. The Guardian qəzetinin təhlilinə görə, Rubionun Hindistanın paytaxtı Yeni Dehliyə getməməsi, əvəzində Mumbayda hökumət nümayəndələri və iş adamları ilə görüşməs

27 oktyabr
.

Almaniya Ukrayna istehsalı olan uzaqmənzilli raketləri almağa hazırlaşır

Almaniya Ukraynada istehsal olunan "Bars" qanadlı raketlərini öz silahlı qüvvələri üçün almağa hazırlaşır. Bu addım Avropa ölkələrinin Ukraynanın müharibə zamanı əldə etdiyi hərbi texnologiya təcrübəsindən istifadə etmək istəyinin artdığını göstərir. Financial Times nəşrinin məlumatına görə

26 oktyabr
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26 oktyabr
.

Rusiya minlərlə afrikalını müharibəyə göndərir

Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl

26 oktyabr
.

The Wall Street Journal: "ABŞ Çinin gəmiqayırma üstünlüyünü azaltmaq üçün Cənubi Koreyaya üz tutur"

ABŞ gəmiqayırma sənayesini yenidən gücləndirmək üçün Cənubi Koreyanın texnologiyasından və sərmayəsindən yararlanmağa çalışır. The Wall Street Journal-a istinadən xəbər verir ki, Vaşinqton bu sahədə Çindən ciddi şəkildə geri qalır və mövqeyini bərpa etmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duyur

26 oktyabr
.

Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu

Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla

27 oktyabr
.

"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib

Konqres qanunvericiləri və Ağ Ev rəsmiləri "OpenAI" və "Anthropic" kimi aparıcı süni intellekt şirkətlərinin rəhbərliyindən narazıdırlar. "Report"un xəbərinə görə, "Axios" bu barədə mənbələrə istinadən məlumat yayıb. Siyasətçilər şikayətlənirlər ki, yüksək vəzifəl

25 oktyabr