Xalq artistimizin xanımı Putinin "şəxsi müğənnisi" imiş- FOTO

Xalq artistimizin xanımı Putinin "şəxsi müğənnisi" imiş- FOTORusiyanın əvvəllcə Ukraynada müharibəsini pisləməkdən imtina edən və "Metropolitan Opera" ilə müqavilədən məhrum olan opera müğənnisi və Putunin sevimli ifaçısı Anna Netrebko müharibə əleyhinə çıxış edərək Vladimir Putindən məsafə saxlamağa qərar verib.

"Mən Ukraynada müharibəni qətiyyətlə pisləyirəm, mənim düşüncələrim bu müharibənin qurbanları və onların ailələrinin yanındadır, - Netrebko özünün "Facebook" səhifəsində ingilis dilində yazıb (yeri gəlmişkən, bu sosial şəbəkə Rusiyada ekstremist adlandırılaraq bloklanıb). - Mənim mövqeyim aydındır. Mən hər hansı siyasi partiyanın üzvü və Rusiyanın hər hansı liderinin müttəfiqi deyiləm. Mən etiraf və təəssüf edirəm ki, mənim əvvəlki bəyanatlarım və hərəkətlərim düzgün anlaşılmaya bilərdi. Əslində mən prezident Putinlə həyatımda cəmi bir neçə dəfə, o cümlədən mənim sənətimlə bağlı mükafatların təqdim edilməsi və Olimpiadanın açılışı mərasimlərində görüşmüşəm. Mən heç vaxt Rusiya hökumətindən hər hansı maliyyə dəstəyi almamışam, Avstriyada yaşayıram və vergi rezidentiyəm. Mən öz vətənimi, Rusiyanı sevirəm və yalnız öz sənətimlə sülh və birlik axtarıram".

Əvvəllər Putinin seçkilərdə etiabarlı şəxsi olaraq müğənni Avropada bir neçə konsertinin anonsunu edib.

Ehtimal ki, o, əmindir ki, belə etiraf ona dünyanın ən yaxşı səhnələrinə dönməyə imkan verəcək.

Fevralın 28- də, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Metopolitan Opera teatrı Anna Netrebko ilə bütün münasibətləri kəsib. Teatrın bəyanatında deyilirdi ki, bu münasibətlər Rusiya müharibəyə son qoymayınca və Ukraynaya vurduğu zərəri ödəməyincə bərpa edilməyəcək. Bu səbəbdən də onunla Bavariya dövlət operası da münasibətlərə xitam verib. Metropolitan Operanın Nyu- Yorkdakı nümayəndələri bəyan edib ki, hələlik öz qərarına yenidən baxmağa hazır deyil. "Biz Annanın paylaşımını oxumuşuq, amma hələlik öz mövqeyimizi dəyişməyə hazır deyilik, - DW nəşri Metropolitan Operasının direktoru Piter Qelbin sözlərindən iqtibas gətirib.- Əgər Anna uzunmüddətli perspektivdə özünün ciddi surətdə Putindən tamamilə uzaqlaşdığını nümayiş etdirərsə, mən bu söhbətə hazır olacağam".

DW- nin dərc etdiyi yazıda həmçinin xatırlanır ki, uzun illər ərzində Anna Netrebko Kremlyönlü baxışları ilə seçilib, 2014- cü ildə isə əllərində bayraq üzdəniraq Novorossiyada fotoşəkillər çəkdirib.

Maraqlıdır ki, Rusiyanın RİA Novosti agentliyi öz dərcində yalnız bu faktı xatırlayıb ki, Netrebko "öz vətənini sevir" və konsert fəaliyyətini bərpa edir.

Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır./Moderator
Xalq artistimizin xanımı Putinin "şəxsi müğənnisi" imiş- FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 9910   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25 oktyabr
.

Rusiya Kiyevə zərbələr endirib: Ukraynada lokal atəşkəs başlayıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları həyata keçirib. Hücumlar Rusiyanın nəzarətində olan Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün nəzərdə tutulan lokal atəşkəsin başlaması ilə eyni vaxta təsadüf edib. Bu barədə The Guardian nəşr

27 oktyabr
.

Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu

Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla

27 oktyabr
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

26 oktyabr
.

The New York Times: "Kral Çarlz Karib hövzəsinə səfər edir - Britaniya müstəmləkəçiliyinin mirası yenidən gündəmdə"

Böyük Britaniya kralı II Çarlz Karib hövzəsində keçiriləcək Birlik sammitində iştirak etmək üçün bölgəyə səfər edir. The New York Times-a istinadən xəbər verir ki, səfər Britaniyanın keçmiş müstəmləkələri ilə münasibətləri və tarixi ədalətsizliklərə görə üzr istənilməsi tələbləri fonunda baş tutur. Sammitd

27 oktyabr
.

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum elan etdilər

Yəmənin Ənsar Allah hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hücum etdiklərini iddia edirlər. xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya bildirib ki, "Şərq və qərb istiqamətlərində xam neft vuran nasos stansiyalarına pilotsuz təyyarələr zərbələr

26 oktyabr
.

Ebola virusunun "Bundibuqyo" ştammı diplomatın ailəsində aşkarlandı

Nigeriyanın paytaxtı Abucada yaşayan 42 yaşlı Uqanda vətəndaşına Ebola virusunun Bundibuqyo ştammı diaqnozu qoyulub. BBC-yə istinadən xəbər verir ki, İsveçrənin Xarici İşlər Nazirliyi virusa yoluxan qadının isveçrəli diplomatın həyat yoldaşı olduğunu təsdiqləyib. Qadının oktyabrın 20-də verdiyi testi

25 oktyabr
.

Şimali və Cənubi Koreya arasında gərginlik yenidən artır

Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlər kəskinləşib. Reuters-ə istinadən xəbər verir ki, Pxenyan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda sentyabrda baş vermiş mina insidenti ilə bağlı Seulu hadisəni saxtalaşdırmaqda ittiham edib. Koreya yarımadasında hərbi hazırlıqla bağlı narahatlıqla

26 oktyabr
.

Tramp İranı ABŞ-la münaqişəyə başlamaqda günahlandırır

ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib. xəbər verir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı". Amerika lideri bir daha Tehranı

27 oktyabr