İftar süfrəsilə bağlı istehlakçılara və sahibkarlara müraciət
"Məlumdur ki, Ramazan ayında oruc tutan insanların qida qəbulu fərqlidir.
Oruc tutan insanların imsakdan sonra gün ərzində uzun müddət qida qəbul etməməsi səbəbindən onların balanslı və keyfiyyətli qidalanmaya üstünlük vermələri tövsiyə olunur. Beləliklə, insan orqanizminin ehtiyacı olduğu qidaların balanslı şəkildə qəbulu çox mühüm amillərdən biridir".
Sonxeber.az "report"a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın sədri Nazim Səfərovun Ramazan ayı ilə əlaqədar istehlakçılara və sahibkarlara ünvanladığı müraciətində yer alıb.
Şura sədri Ramazan ayında oruc tutan hər kəsi qida rasionuna diqqət yetirməyə, qidalanma ilə bağlı AQTA və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırıb:
"İmsak və iftar üçün qidalar alarkən onların yararlılıq müddətinə və saxlanma şəraitinə diqqət yetirməyiniz vacibdir. Xüsusilə, ət və ağartı məhsulları alarkən daha da diqqətli olmaq lazımdır".
N.Səfərov həmçinin sahibkarları da bu müqəddəs ayda daha həssas olmağa çağırıb:
"Əlbəttə, siz sahibkarlar ilin bütün aylarında müştərilərə və istehlakçılara keyfiyyətli məhsul təqdim etməlisiniz.
Ramazan ayında oruc tutan insanların gün batana qədər qida qəbul etməməsini, habelə kütləvi iftar mərasimlərinin keçirilməsini nəzərə alaraq istehsal etdiyiniz və təqdim etdiyiniz məhsullara daha da həssas yanaşmağınızı xahiş edirəm.
Allah tutduğunuz orucu qəbul etsin, xalqımıza sağlamlıq, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 926 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabr