Hamilə qadın, südverən analar oruc tutmalıdırlar? - AÇIQLAMA –ÖZƏL

Hamilə qadın, südverən analar oruc tutmalıdırlar? - AÇIQLAMA –ÖZƏLArtıq Mübarək Ramazan ayının 5-ci günüdür. Lakin orucla bağlı insanları bir çox məsələlər maraqlandırır. Bu məsələlərdən biri isə hamilə qadınların, südverən anaların Ramazan ayında oruc tutması ilə bağlıdır. Bu icazəlidirmi və ya tutmasa, hökmü nədir?

Mövzuyla bağlı Sonxeber.az-a ilahiyyatçı, İslamşünas, şəriət müəllimi Gülbəniz Novruzova açıqlama verib.

O bildirib ki, fərqli situasiyalarda ananın və körpənin halına görə hökm dəyişir:

"Bildiyiniz kimi, Allah Təala "Bəqərə" surəsinin 183-cü ayəsində buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!"

Oruc insanın sağlamlığına xeyirdir. Hətta həkimlərin sözlərinə görə, ən ağır xəstəlik olan xərçəng xəstəliyinə tutulan insanlar, şəkər xəstələri belə, oruc tutmaqla sağlamlıqlarına qovuşa bilərlər. Bu səbəbdən Allah orucu vacib buyurub ki, insanlar oruc tutmaqla sağlam olsunlar. Amma yadda saxlamaq lazımdır ki, yeyib-içməkdən özümüzü saxladığımız qədər pis əməllərdən də çəkinməliyik. İnsan özünü qeybətdən, böhtandan, yalandan, batil əməllərdən qorumalıdır. Həmçinin, çalışmalıdır ki, yaxşı işlərini çoxaltmaqla bu aydan bütün günahlarından paklanaraq çıxa bilsin.

Əgər hamilə qadının oruc tutması bətnindəki körpəyə zərəri olarsa, onun inkişafını gecikdirərsə, çatışmazlıq yaradarsa və bunu həkim təsdiqləyərsə, həmin xanım oruc tutmamalı, övladı dünyaya gəldikdən sonra isə həmin günlərin qəzasını yerinə yetirməlidir. Hamilə qadının əgər özünə ziyanı olarsa, məsələn, həkim desə ki, "uşaqda hər şey normaldır, əksinə, az yeməlisən", bu halda həmin xanım oruc tuta bilir. Amma yenə də çətinlik çəkir, baş gicəllənməsi olur, təzyiqi qalxıb-düşürsə, oruc tutmamalıdır. Hamiləlikdən azad olunandan sonra isə həmin günlərin qəzasını tutmaqdan əlavə, hər gün üçün bir mud təam (750 qram buğda, un və s.) fəqirə verməlidir.

Uşağa süd verən xanımlar isə fərqlidir. Əgər uşaq tək ana südü deyil, başqa qida da yeyirsə, bu zaman ana orucunu tutmalıdır. Çünki uşaq ac qalmır. Amma uşaq yalnızca ana südü ilə qidalanırsa və oruc tutmaq ananın südünü azalda bilərsə, uşağın ac qalmağına səbəb olarsa, bu halda həmin qadının haqqı boynundan götürülür. Daha sonra həmin günlərin qəzasını yerinə yetirməlidir.

Süd verən ana özü zəifdir, amma südü çoxdursa, bu halda hökm yenə fərqlidir. Belə ki, uşaq doyursa, oruc tutmaqla da süd azalmayacaqsa, lakin ana özü əziyyət çəkirsə, bu halda da oruc həmin qadına vacib deyil, daha sonra orucunun qəzasını tutmalı, hər gün üçün yenə də bir mud təam fəqirə verməlidir".

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1559   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr