"Azəriqaz"ın işçisini döyəni həbs etdilər
Xəbər verdiyimiz kimi, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülüb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, aprelin 5-də saat 16:30 radələrində "Azəriqaz" İstehsalat Birliyində çilingər vəzifəsində işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi RPİ-nin 20-ci PB-yə müraciət edib:
"O, Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib. Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyəsindən iki dəfə zərbə endirib, A.Vəliyev yıxılıb. Baş nahiyəsindən xəsarət alan A.Vəliyev hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.
A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin (CM) 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi RPİ əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil verilib və barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1238 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr