Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?

Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalarda Rusiya prezidenti Vladimir Putinin qızları, 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonovanın da var.

Hamıya məlumdur ki, Putin şəxsi həyatını və ailəsini həmişə gizli saxlayır. Hətta 2015-ci ildə mətbuat konfransında qızları ilə bağlı suallara da cavab verməkdən imtina etmişdi:

"Qızlarım Rusiyada təhsil alıblar və burada yaşayırlar. Mən onlarla fəxr edirəm. Onlar üç xarici dildə sərbəst danışırlar. Ailəm haqqında heç kimlə danışmıram. Hər kəsin öz həyatını yaşamaq hüququ var. Onlar da öz həyatlarını yaşayırlar və bunu ləyaqətlə edirlər".

Amma Putin hər nə qədər qızlarını gizli saxlamağa çalışsa da, zaman-zaman onlar haqqında xəbərlər ortaya çıxır.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Lent.az BBC-yə istinadən Rusiya prezidenti Vladimir Putinin qızları haqqında məlumatları təqdim edir:

Mariya və Katerina Putinin boşandığı həyat yoldaşı Lyudmiladan olan qızlarıdır. Cütlük 1983-cü ildə evlənəndə Putin KQB-nin (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) agenti, Lyudmila isə stüardessa idi.

Evlilikləri 30 il davam edib və bu müddətdə Vladimir Putin Rusiya siyasi müstəvisində sürətlə yüksəlib. Onlar 2013-cü ildə hər ikisinin ortaq qərarı ilə boşanıblar.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Onların böyük qızı Mariya 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb.

Mariya Vorontsova indi endokrin sistem üzrə ixtisaslaşmış akademikdir. Onun uşaqlarda "böyümə geriliyi halları" haqqında kitabı var və Moskvada Endokrinologiya Elmi Mərkəzində qeydiyyatda olan mütəxəssislərdən biridir.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Bununla yanaşı, Mariya həm də iş qadınıdır. Rusiya mətbuatının yazdığına görə, bu yaxınlarda böyük tibb mərkəzi layihəsi olan şirkətlə ortaqlığa başlayıb. Hətta ABŞ, Vorontsovanın Kremldən milyardlarla dollar dövlət maliyyəsi ilə aparılan genetik tədqiqat proqramlarına rəhbərlik etdiyini, rəhbərinin isə Putinin olduğunu bildirib.

Mariya Vorontsova hollandiyalı iş adamı Corrit Cost Fasen ilə evlidir. Fasen bir vaxtlar Rusiyanın dövlət neft-qaz nəhəngi olan "Qazprom"da işləyib. Hazırda cütlüyün ayrıldığı haqda xəbərlər yayılır.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Rusiyanın Ukraynaya hücumundan sonra Mariya Vorontsovanın yaxınları onun bu məsələdə atasını dəstəklədiyini və beynəlxalq mediada yazılan xəbərlərə inanmadığını bildiriblər.

Putinin kiçik qızı, 35 yaşlı Katerina Tixonova isə böyük bacısından fərqli olaraq mətbuatda daha çox görünür. Hətta 2013-cü ildə keçirilən beynəlxalq rəqs müsabiqəsində partnyoru ilə 5-ci yeri tutub.

Elə həmin il Katerina Putinin köhnə dostlarından birinin oğlu Kiril Şamalovla evlənin. Onların toyu Sankt-Peterburq yaxınlığındakı qış kurortunda keçirilib. Otel işçilərinin sözlərinə görə, onlar toya 3 ağ atın çəkdiyi xizəklə daxil olublar.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?2018-ci ildə Kiril Şamalov Rusiyanın enerji sektorundakı roluna görə ABŞ-ın sanksiyalar tətbiq etdiyi adlardan biri olmuşdu. ABŞ mətbuatında məlumat yaymışdı ki, Şamalovun mal varlığı evləndikdən sonra nəzərəçarpacaq qədər artıb.

Amma bu cütlük də axıra qədər gedə bilməyib və ayrılıblar.

Böyük bacısı kimi Katerina Tixonova da indi həm akademik, həm də iş qadınıdır. 2018-ci ildə Rusiyanın dövlət mediasında qısa çıxışı zamanı neyrotexnologiya haqqında danışıb. Daha sonra 2021-ci ildə biznes forumunda da görünüb. Amma heç bir halda Putinin qızı kimi təqdim olunmayıb.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Məlumata görə, Putin qızları ilə çox vaxt keçirmir. Onun nəvələri də var. Vladimir Putin 2017-ci ildə verdiyi müsahibəsində nəvələrinin olduğunu desə də, hansı qızından olduqlarını və sayını açıqlamayıb.

"Nəvələrim haqda onu deyə bilərəm ki, onlardan biri artıq bağçaya getməyə başlayıb. Bunu başa düşməyiniz üçün xahiş edirəm. Mən onların şahzadələr kimi yox, normal insanlar kimi böyümələrini istəyirəm" - Putin bildirirdi.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Qeyd edək ki, Bayden administrasiyası Putinin iki qızının atalarının bir çox əmlaklarına nəzarət edəcəklərini düşünür. Onlar Putinin oliqarx dostları və ailəsi vasitəsilə sərvətini ABŞ maliyyə sisteminə daxil edəcəyinə inanırlar. Buna görə də ABŞ sanksiyaların Mariya Vorontsova və Katerina Tixonovaya da tətbiq olunmasının tərəfdarıdır.
Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2038   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

25 oktyabr
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25 oktyabr
.

The Wall Street Journal: "ABŞ Çinin gəmiqayırma üstünlüyünü azaltmaq üçün Cənubi Koreyaya üz tutur"

ABŞ gəmiqayırma sənayesini yenidən gücləndirmək üçün Cənubi Koreyanın texnologiyasından və sərmayəsindən yararlanmağa çalışır. The Wall Street Journal-a istinadən xəbər verir ki, Vaşinqton bu sahədə Çindən ciddi şəkildə geri qalır və mövqeyini bərpa etmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duyur

26 oktyabr
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25 oktyabr
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26 oktyabr
.

Lula da Silva yenidən Braziliya prezidenti seçildi

"Folha de Sao Paulo" qəzetinin Seçki Komissiyasının məlumatlarına istinadən verdiyi məlumata görə, Braziliya Prezidenti Luis İnasio Lula da Silva səsvermənin ikinci turunda senator Flavio Bolsonaroya qalib gələrək yenidən seçilib. xəbər verir ki, hazırda bülletenlərin 99,79%-i emal olunub

26 oktyabr
.

Rusiya minlərlə afrikalını müharibəyə göndərir

Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl

26 oktyabr
.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

25 oktyabr
.

Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı

Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar

25 oktyabr