Kluba gedən azyaşlılara görə məsuliyyəti kim daşıyır?-AÇIQLAMA
Bildiyiniz kimi, aprel ayının 3-də Səbail rayonu, Tərlan Əliyarbəyov 13A ünvanında fəaliyyət göstərən "Location" gecə klubunda dəhşətli partlayış baş verib. Bir çox insanlar kluba hətta yetkinlik yaşına çatmayan şəxslərin də getdiklərini bildirirlər. Yaşı 18-dən az olan yeniyetmələrin kluba daxil olmasına görə kimlər məsuliyyət daşıyır?
Məsələ ilə bağlı Sonxeber.az-a millət vəkili Fazil Mustafa açıqlama verib.
O bildirib ki, burada birbaşa həmin müəssisəni idarə edən şəxslər məsuliyyət daşıyır:
"Qanunvericilikdə də var ki, belə yerlərə yetkinlik yaşına çatmamış uşaqların daxil olması qadağandır. Hətta yaşı az olanlara siqarət satılmır. Amma bizdə belədir ki, "Tutulmayan oğru deyil" variantı ilə uşaq da gedib siqaret ala bilir.
Amma əslində buna ciddi əməl olunmalıdır və bu cür yerlərə baş çəkən insanlar mütləq yetkinlik yaşına çatmış olmalıdırlar. Çünki onları hansısa yollarla aldadaraq "tovlayıb", oralara cəlb etmək istəyən bir şəbəkə mövcuddur.
Ona görə də, bu məsələdə mütləq nəzarət olmalıdır. Burada artıq mühafizə deyil, konkret olaraq həmin obyekti idarə edənlər, hüquqi şəxslər məsuliyyət daşıyırlar. Mütləq qaydalar qoyulmalıdır, girişdə 18 yaşdan aşağı olan uşaqlara qağan olduğunu bildirən yazı vurulmalıdır".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1956 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr